Xaçmazın “Şimal” futbol komandası Azərbaycan 2-ci Liqasında uğurla çıxış edərək, sona 3 tur qalmış bürünc medalları təmin edib. Bununla da klub növbəti mövsümdə 1-ci Liqada iştirak hüququ qazanıb.
Yeni liqanın hazırlıqlarına başlayan “Şimal” məşqçilər korpusunu da gücləndirib. Baş məşqçi postuna bir vaxtlar “Bakılı”, “Karvan”, “Xəzər-Lənkəran”, “Qarabağ” klublarında oynayan, həmçinin Azərbaycan milli komandasının heyətində çıxış etmiş Zaur Ramazanov təyin edilib. Digər diqqətçəkən təyinat isə əsas komandanın qapıçılarla işləyən məşqçisi ilə bağlıdır. Belə ki, Azərbaycanda ilk dəfə kişilərdən ibarət futbol komandasına qadın məşqçi təyinatı reallaşıb. “Şimal” komandasında bu vəzifə 28 yaşlı gənc mütəxəssis Zülfiyyə Bayramovaya həvalə olunub.
QOL.az xəbər verir ki, Zülfiyyə Bayramova “Şimal” komandasına məşqçi kimi təyinatı ilə bağlı “AZƏRTAC” agentliyinə müsahibəsində bildirib ki, 2018-ci ildən “C” kateqoriya məşqçilik sertifikatına sahibdir. O, AFFA tərəfindən keçirilən məşqçilik təlimlərinə qatılaraq, bu kateqoriyanı əldə edib.
“On üç ildən çoxdur müxtəlif komandaların heyətində futbol oynayıram. Qapıçı mövqeyində çıxış edirəm. Bununla yanaşı məşqçilik kurslarını da bitirmişəm. Bundan əvvəl uşaq komandalarında məşqçilik təcrübəm var. Doğma rayonumuzu təmsil edən “Şimal” futbol klubundan əsas komandanın qapıçılarla işləyən məşqçisi olmaq təklifi gəldi. Bu komanda mənə yad deyil. Klubun məşqçilər heyətində mənim futbolçu kimi yetişməyimdə zəhməti olan Fazil Salahov da var. Kluba keçməyimdə onun böyük rolu oldu. Klubla 2025-2026-cı il mövsümünün sonuna kimi müqavilə imzalamışıq. Hazırda “Şimal” 2-ci Liqada son oyunlarını keçirir. Növbəti mövsümdən 1-ci Liqada çıxış edəcəyik. 1-ci Liqaya hazırlıq çərçivəsində komandada aktiv fəaliyyətə başlayacağam. Doğma rayonumuzun komandasına əlimdən gələn köməyi etməyə hazıram”, - deyə Zülfiyyə Bayramova söyləyib.
Zülfiyyə 1997-ci il aprelin 4-də Xaçmazın Arzu kəndində doğulub. Uşaq yaşlarından məhəllədə oğlanlarla futbol oynayıb. 2012-ci ildən Xaçmazda həvəskar səviyyədə klubda çıxış etməyə başlayıb. İstedadlı qolkiper karyerası ərzində “ŞKGB” (Xaçmaz), “Qusar”, “Binə” (Bakı), “Sumqayıt”, “Qəbələ”, “İnter” (Xaçmaz) komandalarının heyətində yer alıb. “Qəbələ” ilə Azərbaycan çempionu və gümüş mükafatçı olub. Ötən ildən “Baku Juniors” qadın futbol komandasının üzvüdür.
Həmsöhbətimiz qadınlardan ibarət Azərbaycan milli komandasının şərəfini də qoruyub. Millidə daha çox ehtiyat qolkiper funksiyasını yerinə yetirən xaçmazlı gənc bir sıra beynəlxalq yarışların da iştirakçısı olub.
“Kişilərdən ibarət komandada işləmək məni qorxutmur. “Aslanın erkəyi, dişisi olmaz” deyiblər. Mən futbolçu karyeramda daim kişi kollektivlərində çalışmışam. Ümidvaram ki, bu təyinat karyeramda yüksəlişə səbəb olacaq”,- deyə Zülfiyyə Bayramova söyləyib.
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə