"Səbail"in baş məşqçisi Elvin Məmmədov Misli Premyer Liqasının 33-cü turunda "Şamaxı" ilə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, Şamaxı səfərinin bütün komandalar üçün çətin olduğunu vurğulayıb: "Ayxan Abbasovun həmişə döyüşkən komandası olur. Birinci hissədə oyuna tam köklənə bilmədik. Amma ikinci hissədə yaxşı mübarizə aparıb qol vurduq. Qollar da vura bilərdik. Qarşıdakı 3 oyuna hazırlaşacağıq".
Mütəxəssis epizodların dəyərləndirə bilmədiklərini bir neçə səbəblə əlaqələndirib: "Ustalıq səviyyəsi də ola bilər, şanssızlıq da. İdman xoşbəxtliyi də olmalıdır. Uşaqlar həqiqətən də mübarizə apardılar. Keçmiş qaldı keçmişdə. Qaytara bilmərik".
Məmmədov futbolçusu Rüfət Abdullazadənin ağrıları olduğu üçün onu əvəz etdiyini bildirib.
O, hesab edir ki, bugünkü matçda iki xal itiriblər: "Məşqçiliyə yeni başlamışam. Böyük danışmaq istəmirəm. Amma reallığa baxsaq, həm "Araz-Naxçıvan"la, həm də "Şamaxı" ilə oyunda iki xal itirdik. Əlbəttə ki, məyus oluruq".
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj