“Zirə” bu gün Misli Premyer Liqasının 33-cü turunda “Turan Tovuz” üzərində vacib qələbə qazanmaqla (1:0) çempionatda ikinci yeri təmin edib.
QOL.az xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra təşkil edilən mətbuat konfransında çox stressli matç olduğunu, meydanda böyük aqressiya, intensiv futbol, çoxlu mübarizə göründüyünü deyib: “İkinci hissəyə daha aktiv başladıq, rəqibi əks-hücumda yaxalayaraq qol vurduq. Düşünürəm ki, gözəl və baxımlı qoldur”.
Sadıqov deyir ki, klubları üçün bu mövsüm ikincilik vacib idi: “Bir uğuru qazanmaq olur. Amma onu qoruyub-saxlamaq həmişə çətindir”.
Onun dediyinə görə, bundan sonrakı oyunlarda rotasiyalar edəcək və həmin matçlar komanda üçün avrokuboklara hazırlıq olacaq: “Daha çox az oynayanlara şans verəcəyik, çox yorulanları bir az dinləndirəcəyik. Rahatlıqla avrokubok planlarını quracağıq.
Sadıqov deyib ki, "Qarabağ" kimi komandanın yer aldığı çempionatda ardıcıl iki il 2-ci yeri tutmaq vacib uğur idi.
O bildirib ki, komandası avrokuboklarda məhz Avropa Liqasında oynamaq istəyər: “Çünki ən azından bir məğlubiyyət imkanın olur. Amma ümumən götürsək, biz bilmirik ki, hansı turnirdə qarşımıza hansı rəqib çıxacaq”.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj