Naxçıvan Futbol Federasiyasının və Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov Misli Premyer Liqasının 32-ci turunda "Araz-Naxçıvan”ın “Səbail”lə oyunda (1:1) rəqibə qəsdən xal verdiyi barədə iddialara münasibət bildirib.
Z.Axundov hazırda “Araz-Naxçıvan”ın qeyri-rəsmi rəhbəridir.
QOL.az xəbər verir ki, o, "sosial şəbəkələrdə “Araz-Naxçıvan”ın “Səbail”ə qəsdən xal verdiyi barədə iddia səslənib. Həmin bu işin “vasitəçisi” kimi AFFA-nın sabiq baş katibi, hazırda FIFA-nın Üzv assosiasiyaların direktoru Elxan Məmmədovun adı çəkilir..." fikirlərinə cavab olaraq deyib:
"Elxan Məmmədov mənim dostumdur. Biz futboldan qabaq bir-birimizi tanımışıq. Amma Elxan Məmmədov mənə desin 1 xal verin, elə edin, belə edin - bunlar cəfəngiyyatdır, uşaq söhbətidir. Oyundan sonra paltardəyişmə otağında komandaya iradımı bildirdim. Futbolçuları da başa düşürəm, gücləri çatmadı. 45-ci, hətta deyərdim 35-ci dəqiqədən sonra “Araz-Naxçıvan” dayandı. Bu cür söhbətlər kiməsə də yapışsa, mənə yapışmaz. Heç kim mənə o göstərişi verə bilməz. Axırda uduza da bilərdik. “Səbail” çox gözəl futbol oynadı. Onlar üçün də çox vacib matç idi. “Araz-Naxçıvan” arxaya çəkiləndə yanımda əyləşənlərə dedim ki, “biz buradan heç-heçə ilə getsək, böyük şeydi”.

Z.Axundov Azərbaycan Premyer Liqasında danışılmış oyunlarla bağlı şübhələrə də münasibət bildirib. O “Araz-Naxçıvan”ın futbolçularından şübhələnmədiyini söyləyib:
"Yox. O vaxt “İnter”in məsələsi yəqin yadınızdadır. O məsələni mən açdım. Ukraynadan, Gürcüstandan pul vurulmuşdu. Öz klubumun içində bu işi açdım. Halbuki şəxsi münasibətim olan futbolçular idi. Mən olan yerdə elə şey ola bilməz. Üstəlik, komanda nəzarətdədir, bunun üçün öz metodlarım var. Bunu nə məşqçilər bilir, nə inzibati heyət. Mən olan yerdə bu cür şeylər qeyri-mümkündür. 10 faiz şübhəm olsa belə, həmin o futbolçu meydana çıxa bilməz. Bu mövsüm “Şamaxı”nın adı hallandı. Adil Nağıyevə simpatiyam olub, kim aldadıb onu yoldan çıxardı... İstənilən halda belə şeylər bağışlanmazdır".
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı