"Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 32-ci turunda "Neftçi" ilə 2:2 hesablı heç-heçə etdikləri oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: "Hər iki komanda qələbə üçün oynayırdı. Komandamdan razıyam. Baxmayaraq ki, öz səhvlərimizdən qol buraxdıq. Oyundan çox razıyam. “Neftçi” yaxşı rəqibdir, güclü futbolçuları var. Buna baxmayaraq, komandam yaxşı oyun göstərdi".
Mütəxəssis ikinci hissədə buraxılan iki qolu şərh edib: "Futbolda hər şey olur. Fərdi səhvlərimiz oldu. Əlavə, rəqibin adı, ustalıq səviyyəsi özünü göstərdi. Bu komandaya qarşı belə oynamağa ancaq alqış düşür. Məyusam ki, komandam qələbə qazana bilmədik. Amma rəqibi də nəzərə almaq lazımdır. İki səhv bizim üçün kritik oldu. Üzücü olan budur. Rəqibin birinci qolunda əvəzetmə olmamışdı. Lakin qoldan sonra dəyişiklik etməyə çalışdıq. Bəzi şeylər alındı, bəziləri yox. Fərdi səhvlərə görə uduzduq".
V.Cavadov "Giorgi Karaişvilinin səhvinə görə qol buraxdınız. Onu meydana buraxdığınıza görə özünüzü günahkar hiss edirsiniz?" sualına belə cavab verib: "Bunu mənə yükləmək istəyirsinizsə, problem yoxdur. Digər məşqçilərə də belə suallar versəniz, yaxşı olar".
O, qapıçı Xəyal Fərzullayevin oyunundan da söz açıb: "Xəyal Tovuzda yaxşı seyvlər etdi. Onda yaxşı idi, indi pis? Gənc oyunçunun yanında olmaq lazımdır. Ümidvaram ki, Xəyal növbəti oyunlarda da öz sözünü deyəcək".
Mütəxəssis ona verilən suallardan danışıb: "Mən həmişə dəstək istəmişəm. Yeni məşqçi üçün belə ifadələri görmək məni üzür. Komandanı çətin vəziyyətdə götürmüşəm. Təcrübəli məşqçilərə fərqli suallar verilir, gənc məşqçiyə fərqli. Əlimdən gələni edirəm. Bu gün istəməzdim ki, komandam xal itirsin".
V.Cavadov futbolçusu Rövlan Muradovun oynatmamağı haqda belə deyib: "Biz 11 oyun qol vurmurduq. Həmin matçlarda Rövlan əsas heyətdə idi. Ondan qabaqkı oyunlarda da start heyətində olub. Bir qol ötürməsi belə yox idi. Sərtan Taşkının isə oynadığı matçlarda qol ötürmələri var. Bu futbolçunu mən necə oynatmayım? Rövlan da öz şansını gözləməlidir. Onu 10-15 dəqiqə oynatmaqdansa cavan oyunçuya şans verməyi daha üstün tuturam. Rövlanla heç bir problemimiz yoxdur. Məşqlərdə canla-başla çalışır. Növbəti oyunlarda onu meydanda görə bilərik. Hazırda Sərtan Taşkın həmin mövqedə daha yaxşı çıxış edir".
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı