"Çətin və bir o qədər də gözəl çempionat oldu. Hiss olunur ki, hər il çempionatın keyfiyyəti qalxır. Hakimlərimizdən mən çox razıyam. "Qarabağ" hər il gücləndiyini bir daha sübut etdi. Avropadakı uğursuzluğumuzdan sonra bu çempionluq bizi çox sevindirdi".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl Misli Premyer Liqasının 32-ci turunda "Sabah"la keçirilən və komandanın çempionluğu rəsmiləşdirdiyi oyundan (1::1) sonra jurnalistərə açıqlamasıda deyib.
O, komandanın bundan sonrakı planlarından danışıb: "Gələcəyimiz biraz bəxtimizdən asılıdır. Görək, püşkatmadan bizə hansı komandalar çıxacaq. Hamıya məlumdur ki, mənimlə Qurban hocanın arasında möhtəşəm mənəvi birlik var. Bir-birimizi gözəl başa düşürük. O, bilir ki biz həmişə onun yanındayıq. Sponsorumuz hər zaman bizə dəstəkdir. Məşqçimiz hansı futbolçuları istəsə, ona tam olaraq dəstəyik. "Sabah"la kubokun final matçı var. O matçdan sonra, Qurban hoca ilə görüşümüz olacaq. Hansı futbolçuların gedəcəyi və yeni futbolçuların alınması barədə müzakirəmiz olacaq. Çempionlar Liqasında olmağımız bizim üçün hər tərəfdən müsbət haldır. Mən komandaya hədəf qoymuram. Onlar özləri bilir ki, əsas məqsəd Azərbaycana ilham verən bir oyun sərgiləmək və ölkəmizin adını layiqincə təmsil etməkdir".
Legioner limitinin ləğvi ilə bağlı danışan klub rəhbəri uşaq futboluna daha çox diqqət ayıracaqlarını bildirib: "Mən belə düşünürəm ki, limitin ləğv olunnması bizə qısamüddətli kömək edir. Azərbaycan futbolunu sevən biri kimi deyə bilərəm ki, mən uzunmüddətli inkişafın dəstəkçisi olaraq limitin ləğv olunmasının tərafdarı deyiləm. Buna baxmayaraq, biz uşaq futboluna öz dəstəyimizi və diqqətimizi daha çox yönəldəcəyik. Biz özümüzə hədəf qoymalıyıq ki, öz daxilimizdə limit olsun".
T.Gözəl oyundan sonra, paltardəyişmə otağında futbolçuları qucaqladığını deyib6 "1-2 dəqiqə xoşbəxtlikdən özümə gələ bilmədim. Hamısını qucaqladım, öpdüm. Hər-kəsi bir-bir təbrik etdim. Bu, bizim üçün böyük sevinc idi".
"Qarabağ" Azərbaycan kubokunun finalında yenidən "Sabah"la qarşılaşacaq. T.Gözəl bu matçı "şirlərin savaş"ı adlandırıb: "Mən bilirəm ki, "Sabah" həmin oyuna çox güclü hazırlaşacaq. Onların avrokuboklara getmək üçün son şansıdır demək olar. Buna görə də, "şirlərin savaşı" adlandıracağımız matç olacağına inanıram.
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi