Xəbər verdiyimiz kimi, Azərbaycan 1-ci liqasında çempion müəyyənləşib. “Qəbələ” MOİK üzərində 1:0 hesablı ev qələbəsi ilə sona 4 tur qalmış qızıl medallara sahib çıxıb.
QOL.az PFL-in saytına istinadən xəbə verir ki, Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu komanda xallarını 58-ə çatdırıb. 1-c liqanın lideri 2-ci pilləni 14 xal qabaqladığı üçün 1-ci yeri təmin edib.
Bu, “qırmızı-qaralar”ın ikinci belə uğurudur. Bölgə təmsilçisi 2005/06 mövsümündə də birinci dəstənin qalibi olub. Həmin vaxt Xanları təmsil edən “Gilan” sonradan Qəbələyə köçüb, bir müddət sonra adını da dəyişib.
“Qəbələ” müxtəlif illərdə I dəstə və I divizion adlanan 1-ci liqada 2 dəfə çempionluq yaşayan 6-cı komandadır. Bunadək 5 komanda - “Araz Naxçıvan”, MOİK, “Neftçala”, “Qaradağ Lökbatan” və “Turan Tovuz” 1-ci liqada çempionluq sayında rekorda sahib olub. Ümumilikdə, 26 klub aşağı dəstədə 1-ci yeri tutub.
Düzdür, 1993/94 mövsümündə iki qrupun qalibi arasında final baş tutmayıb. Güclülər dəstəsinə yüksələn hər iki komanda liqanın qalibi sayılıb. 1997/98, 1998/99, 2002/03 mövsümlərində yarış keçirilməyib.
1-ci iqanın qalibləri
1992. ANS Pivani (Bakı)
1993. Xəzri (Buzovna)
1993/94. Azneftyağ (Bakı) və Zabrat
1994/95. Şəmkir
1995/96. Xəzər (Sumqayıt)
1996/97. Göyçay
1999/2000. Şahdağ (Quba)
2000/01. MOİK (Bakı)
2001/02. Lokomotiv (İmişli)
2003/04. Gənclərbirliyi (Sumqayıt)
2004/05. Şüvəlan (Bakı)
2005/06. Qəbələ
2006/07. Masallı
2007/08. Bakılı
2008/09. ABN (Bərdə)
2009/10. Kəpəz (Gəncə)
2010/11. Abşeron (Bakı)
2011/12. Qaradağ Lökbatan (Bakı)
2012/13. Ağsu
2013/14. Araz Naxçıvan
2014/15. Neftçala
2015/16. Neftçala
2016/17. Turan Tovuz
2017/18. Xəzər (Bakı)
2018/19. MOİK (Bakı)
2019/20. Turan Tovuz
2020/21. Neftçi-2 (Bakı)
2021/22. Qaradağ Lökbatan (Bakı)
2022/23. Araz Naxçıvan
2023/24. Şamaxı
2024/25. Qəbələ
Qeyd edək ki, turnirin qalibləri həmin vaxt olduğu deyil, sonradan daşıdığı adla göstərilib.
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər
Madrid derbisini “Atletiko” qazandı - Yenilənib
Muriqi poker etdi, “Fənərbaxça” 8 qolla qalib gəldi
"Şamaxı"nın qələbəsindən - Video
2-ci liqa: "Şirvan"dan böyükhesablı qələbə
Azərbaycan millisinin rəqibinin heyətində dəyişiklik
"Kəpəz" - "Sumqayıt": Heyətlər
Matçdan öncəki məşq zamanı qorxulu qəza - Video
“Barselona”nın müdafiəçisi sıradan çıxdı
2-ci liqada 6 oyunun saatı məlum oldu
Luis Enrikedən PSJ ulduzları üçün şok qərar
Bellinqem “Real”la müqaviləsini uzadır
3 ildən sonra yenə "Brayton"
"Şamaxı" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
"Barselona"nın tarixinə düşdü
“Qalatasaray”dan son 60 ilin ən pis müdafiə göstəricisi
PSJ prezidenti ilə bağlı araşdırma başladı
İsgəndər Cavadovun möhtəşəm qolu! - Video
Azərbaycandan ayrılıb Afrikaya üz tutdu
Ronaldo de Souza: “Qarabağ” güclü rəqibdir, lakin…”
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Rüfətin komandası yenə uduzdu
Toral zəif oyununa görə əvəzləndi - İlk hissədə
“Qara dəniz” coşdu, Salah şou göstərdi - Video
Rafinyadan het-trik
"Trabzonspor" "Qalatasaray"ı darmadağın etdi
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı