A Seriyasında bugünkü 4 oyunun hamısı təxirə salındı

A Seriyasında bugünkü 4 oyunun hamısı təxirə salındı
XƏBƏR 21 Aprel 2025 / 13:54 914
-  A +

İtaliya A seriyasının 33-cü turunun 4 oyunu təxirə salınıb.

QOL.az xəbər verir ki, həmin matçlar bu gün keçirilməli idi. Söhbət "Torino" - "Udineze", "Kalyari" - "Fiorentina", "Genoa" - "Latsio" və "Parma" - "Yuventus" oyunlarından gedir.

A Seriyası Roma Papası Fransiskin 88 yaşında vəfatı səbəbindən bu qərar verib. 

Rəsmi məlumata görə, qarşılaşmalarının vaxtı barədə yaxın günlərdə açıqlama veriləcək.
 


Son xəbərlər