Norveçin “Bodo/Qlimt” komandası Avropada uğurlu çıxışını davam etdirir. Norveç təmsilçisi tarixində ilk dəfə Avropa Liqasının yarımfinalına vəsiqə qazanıb.
QOL.az xəbər verir ki, Bodo təmsilçisi 1/2 final mərhələsinin cavab matçında ilk matçda 2:0 hesabı ilə qalib gəldiyi “Latsio” ilə Romada qarşılaşıb. Meydan sahibləri matçı əlavə vaxta aparmağı və hətta 100-cü dəqiqədə hesabı 3:0 etməyi bacarsa da, norveçlilər əsl vikinqlər sayağı əzmkarlıq göstəriblər. 109-cu dəqidə Andreas Helmersenin qolu sayəsində hesabı 3:1 edən “Bodo” matçı penaltilər seriyasına aparıb. Seriyada isə onlar üstün olublar - 3:2. 2 epizodda rusiyalı Nikita Xaykin “Bodo/Qlimt”i qoldan xilas edib.
Oyundan sonra nə dedilər?
“Bodø/Glimt”in baş məşqçisi Kyetil Knutsen bildirib:
- Mən möcüzələrə deyil, bizim çıxdığımız yola inanıram. Amma bu gün möcüzə baş verdi. Qeyri-adi bir oyun keçirdik. Yarımfinala yüksəlməyimizlə inanılmaz dərəcədə qürur duyuruq.

“Bodo/Qlimt”in qapıçısı Nikita Xaykin isə deyib:
- Bu, möhtəşəm bir nailiyyətdir. Çox sevincliyik. Bu, yalnız klubumuz üçün deyil, bütün Norveç futbolu üçün tarixi hadisədir. Qaçırdığımız imkanlara görə əsəbləşmişdim. Amma bu, futbolun ayrılmaz hissəsidir və məhz buna görə biz bu oyunu sevirik. Penaltilər seriyasında özümün intuisiyama inandım. Kastelyanosun zərbəsini dəf etdiyim an qələbə qazandığımızı dərhal anlamadım. Sonra uşaqların qaçdığını gördüm və mən də onlara qoşuldum.
“Latsio”nun baş məşqçisi Marko Baroni bildirib:
- Nəticə məyusedicidir, çünki əla oyun göstərdik. Komanda çox yaxşı çıxış etdi və azarkeşlər bizi dəstəkləməyə davam etdilər. Uşaqlar enerjili və ürəklə mübarizə apardılar. Onlarla fəxr edirəm və həm onları, həm də bizə azarkeşlik edən hər kəsi təbrik edirəm.
“Latsio”nun kapitanı Mattia Dzakkanyi deyib:
- Çox təəssüf. Bu, demək olar ki, mükəmməl bir oyun idi. 120 dəqiqə ərzində yüksək intensivliklə oynadıq və heç bir cəhətdən geri qalmadıq. Məşqçimiz də bizdən bunu istəyirdi. Ola bilsin, buraxılan qol epizodunda bir az daha diqqətli ola bilərdik.
Xatırladaq ki, “Bodo/Qlimt” bu mövsüm Avropa Liqasında “Qarabağ”ın 8 rəqibindən biri olub. Azərbaycan çempionu yeganə qələbəsini (2:1) məhz bu komanda üzərində səfərdə qazanmışdı.
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada