"Real" üçün pis xəbər

"Real" üçün pis xəbər
XƏBƏR 3 Aprel 2025 / 20:37 2584
-  A +

"Real"ın futbolçusu Andrey Lunin sıradan çıxıb. 

QOL.az xəbər verir ki, bu barədə "El Chiringuito" nəşri məlumat yayıb. 

Ukraynalı qapıçı İspaniya kubokunda "Real Sosyedad"la matçda (4:4) kamabalovid əzələsindən zədələnib. O, bu səbəbdən dörd həftə yaşıl meydanlardan uzaq qala bilər. 

Bildirilir ki, Madrid klubunda futbolçunu La Liqanın 30-cu turunda "Valensiya" ilə matça ağrıkəsicilərdən sonra buraxmaq fikrindədirlər. 

Qeyd edək ki, "Real"ın əsas qapıçısı Tibo Kurtuanın Belçika millisinin düşərgisindən qayıtdıqdan sonra hələ də durumunda problemlər var. 


Dünya Çempionatı 2026
Son xəbərlər
04.07.26  22:23

Erve Renar istefa verdi

topaz banner