"Özümü burada çox yaxşı hiss edirəm və xoşbəxtəm”.
Bunu “Qarabağ”ın və Azərbaycan yığmasının sabiq üzvü Riçard Almeyda deyib.
Braziliya A2 liqasında mübarizə aparan “Primavera” klubunda çıxış edən 36 yaşlı təcrübəli yarımmüdafiəçi oradakı karyerasından danışıb: “Klub rəhbərliyinə və baş məşqçisinə təşəkkür edirəm ki, mənə inanırlar və şərait yaradırlar. Komandanın baş məşqçisi Qurban Qurbanov xasiyyətdə adamdır. Xarakterləri eynidir. Onlara təşəkkür edirəm ki, mənə yenidən qucaq açdılar. Bildiyiniz kimi, mən Braziliyadan uşaq yaşlarımda ayrılmışam. Yenidən qayıdıb burada öz ölkəmin futbolunu hiss etmək yaxşı gəldi. Mənə meydana çıxıb tez-tez oynamaq imkanı yaratdılar. Düzdür, bütün oyunlara əsas heyətdə çıxmıram, amma oynayıram. Çünki komandanın oturuşmuş heyəti var idi və mən çempionatın sonuna yaxın gəldim. Burada hər şey yaxşıdır, qələbələr qazanırıq. Yarımfinala vəsiqə əldə etmişik. Əgər mərhələ adlasaq, Paulista çempionatının Birinci divizionuna çıxacağıq. Şənbə günü oyunumuz var. Bir də yaş sadəcə rəqəmdir. Əgər düzgün qidalanırsansa, diqqət edirsənsə, orqanizm də sənin sözünə qulaq asır. Ümumilikdə hər şey yaxşıdır və ürəyimcədir”.

Almeyda Azərbaycan yığmasının yoldaşlıq görüşlərində Haitiyə (0:3) və Belarusa (0:2) məğlubiyyətlərindən danışıb: “Təəssüf ki, oyunları tam izləyə bilmədim. Matçların geniş icmallarına baxdım. Çox məyusedicidir və təəssüflənirəm. Düşünürəm ki, federasiyada işləyənlər, bu işə cavabdeh olan hər kəs səhvlərini görməlidir. Gözlərini daha geniş açmalıdırlar. Sadəcə, düzgün yolu tutmaq və səbr etmək lazımdır”.
Xatırladaq ki, 36 yaşlı yarımmüdafiəçi yarımfinalda “Tabuate”ni 2:0 hesabı ilə məğlub etdikləri matçda hesabı açmışdı (futbolinfo.az).
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu
Avropa Liqasında gecənin nəticələri
Messinin 10 nömrəli forması boş qalacaq
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər