Əfsanəvi futbolçu Dieqo Maradonanın oğlu Dieqo Armandо Maradona Sinаgrа atasının ölümünə dair məhkəmə prosesini şərh edib.
QOL.az xəbər verir ki, o, "Marca"ya açıqlamasında bildirib ki, atası həkimlərin məsuliyyətsizliyi ucbatından vəfat edib:
"Məhkəməni izləyirəm və bu, bizim üçün çox çətin bir dövrdür. Çətin zamanlar olacaq, amma buna hazıram. Bu məhkəmədə mənə ən böyük ağrını verən şey atamın öldürülməsidir. Bu açıqdır. Onu xilas etmək üçün heç nə etmədilər. Əgər atamı düzgün müalicə etsəydilər, indi burada otura bilərdi. Onların heç nə etmədiyini qəbul edə bilmirəm. Əminəm ki, biz sübut edəcəyik ki, bu, laqeydlik idi.
Atam yalnız ölümündən sonra onlara faydalı oldu. Niyə? Bilməyirəm. Amma həkimlərin və onları təyin edənlərin davranışı mənə başqa bir seçim qoymur".
Qeyd edək ki, yeddi həkim Dieqo Maradonanın ölümünə səbəbkar kimi məhkəməyə çıxarılıb. Onlar tibb səhvlərinə görə məsuliyyətə cəlb edilib. Xəbərdə bildirilib ki, həkimlər təqsirli bilinsə, 25 ilədək həbs cəzası ala bilərlər.
Xatırladaq ki, Maradona 2020-ci ilin 25 noyabrında evində ürək çatışmazlığından dünyasını dəyişib.
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi