Özbəkistan milli futbol komandası tarixində ilk dəfə dünya çempionatının final mərhələsində iştirak edə bilər. Onlar buna heç vaxt olmadığı qədər yaxındırlar.
QOL.az xəbər verir ki, Asiya zonası üzrə seçmə mərhələdə yarışan özbəklər dünən Tehranın “Azadi” stadionunda İran millisi ilə qarşılaşıb. Qonaqlar hesabda iki dəfə önə keçsələr də, nəticəni qoruya bilməyiblər - 2:2. Bununla belə, qazanılan 1 xal da çox faydalı olub.
Özbəkistan A qrupunda yarışır. Qrupun ilk 2 qalibi DÇ-2026-ya birbaşa vəsiqə qazanır. 8 oyundan 20 xalı olan İran dünənki matçdan sonra mundialda oynamaq hüququnu təmin edib. Qrupdan 2-ci vəsiqə üçün isə Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri mübarizə aparır. Özbəklərin bu vəsiqəni qazanmaq şansı daha çoxdur. Sona 2 tur qalmış Özbəkistan millisinin 8 oyundan 17, BƏƏ-nin isə 13 xalı var.
Maraqlıdır ki, növbəti turda məhz bu iki komanda BƏƏ-də üz-üzə gələcək (5 iyun). Həmin matçda qazanılacaq 1 xal belə Timur Kapadzenin baş məşqçisi olduğu Özbəkistan millisini DÇ-2026-ya aparacaq. Lakin mümkün məğlubiyyət olacağı halda belə, onlar 2-ci pillədəki mövqelərini qoruyacaqlar.
Bu halda isə Özbəkistan hazırda qrup 4-cüsü olan Qətərə qarşı evdə keçiriləcək matçda (10 iyun) qalib gəlməlidir. O zaman BƏƏ-nin autsayderlərdən olan Qırğızıstanla səfər matçının nəticəsi heç nəyi dəyişməyəcək və A qrupundan ABŞ-Kanada-Meksika üçlüyünün qəbul edəcəyi mundiala yollanacaq 2-ci komanda məhz özbəklər olacaq.
Bununla da Özbəkistan Türkiyədən sonra dünya çempionatlarında oynayan ikinci türkdilli ölkə olacaq.
Yeri gəlmişkən, digər türkdillə ölkə - Azərbaycanımızın milli komandası isə uğursuz çıxışları sıralaya-sıralaya gedir. Millimiz Fernandu Santuşun rəhbərliyi altında dünən Belarusa da uduzub (0:2). Bu, portuqaliyalı mütəxəssin rəhbərliyi altında keçirilən 8-ci matçda 7-ci məğlubiyyət olub. Digər 1 oyun isə heç-heçə başa çatıb və qələbə yoxdur.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı