“Səbail”in yeni baş məşqçisi Elvin Məmmədov təyinatı ilə əlaqədar fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, o, klubun saytına açıqlamasında komandanı çətin vəziyyətdən çıxarmaq üçün əlindən gələni edəcəyini deyib:
“Göstərilən etimada görə təşəkkür edirəm. Çox çətin bir yükün altına girdiyimi yaxşı dərk edirəm. Amma inamım böyükdür, bu komanda ilə, mübariz kollektivimiz və futbolçularımızla çox şeyi bacaracağımıza inanıram. Reallıq budur ki, bəli, sonuncu pillədəyik, xal fərqimiz də az deyil. Amma biz bir ailəyik, bu çətin durumdan birlikdə çıxmalıyıq və inanıram ki, buna nail ola biləcəyik. Qarşıdakı 9 oyunun hamısı bizim üçün finala bərabər olacaq. Ümidliyik, bacaracağımıza inanırıq, zamanla nəticələr qazanıb bu durumdan çıxacağıq”.
Qeyd edək ki, Elvin Məmmədov ötən gün istefaya göndərilən Cavid Hüseynovu əvəzləyib. Hazırda "Səbail" Misli Premyer Liqasının turnir cədvəlində 18 xalla sonuncu - 10-cudur.
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"