"Komandamı və azarkeşlərimizi təbrik edirəm. Səfərdə bizi tək qoymadılar, yaxşı dəstək oldular. Çoxdandır ki, bu qələbəni haqq edirdik".
QOL.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 25-ci turunda bu gün səfərdə "Səbail"lə keçirilən oyundan sonra təşkil edilən mətbuat konfransında deyib.
O, 2:0 hesablı qələbəni belə şərh edib: "Önəmli oyun idi. Səhv etmirəmsə, qış fasiləsindən sonra "Səbail" ancaq "Qarabağ"a uduzmuşdu. Mövsümün ikinci yarısına çox yaxşı başlamışdılar. İlk dəqiqələrdə oyunumuz istədiyimiz kimi alınmadı. Ondan sonra futbolçularım toparlandı, tapşırıqları yerinə yetirməyə çalışdılar. İkinci hissə tam üstünlüyümüz şəraitində keçdi. Böyükhesablı qələbə ola bilərdi. "Səbail" də matça yaxşı başlamışdı. Onlar evdə çox yaxşı oynayırlar. Cavid Hüseynov gələndən komanda fərqlənir. Amma qapımız qarşısında təhlükə yox idi. Premyer Liqada qalmaq üçün sona qədər biz də mübarizə aparacağıq. Rəqibimizdən 6 xal irəlidəyik. Qışdan sonra pis oynamamışıq. Təəssüf ki, uduzurduq. Sadə səhvlər edirdik. Futbolçularda konsentrasiya yaxşı idi. Qələbə gələcək üçün motivasiyadır".
A.Abbasov 8 oyundan sonra səfərdə qələbə qazamaları ilə bağlı da danışıb: "Bunların hamısını hər gün fikirləşirik. Məşqçilik stressli işdir. Bunu fikirləşsək də, komandaya biruzə verməməliyik. Sonuncu pilləyə düşə bilərdik. Bu gün sonuncu yerdəki komanda da dəyişə bilər. Fərq 4-6 xaldır. Bunu fikirləşib, tam da özümüzü stressə salmırıq. Amma onu da düşünürük ki, hər an sonuncu pilləyə düşə bilərik. Bu qələbə bizi daha da irəli apardı".
A.Abbasov komandasında kapitan sarğısının tez-tez dəyişməsinə də aydınlıq gətirib: "Meydanda yeni kapitan lazım idi. Səbayıl Bağırov, Arsen Ağcabəyova güvənmişik. Onlar olmayanda, kapitanlığı Leroy Mikelsə vermişdik. O da olmayanda, sarğını Rafael Məhərrəmliyə veririk".
200-cü heç-heçə
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
“Araz-Naxçıvan”da 200-cü oyun
“Heç-heçə ədalətli nəticə oldu” - Ervins Perkons
“Çempionatda ciddi güc fərqi yoxdur” - Filipe Kandido
Dünya çempionatına vəsiqə qazandıran məşqçi göndərildi
Milliyə kimlər çağırıldı?
"Sabah" - "Şamaxı": Heyətlər
“Qarabağ”da 100-cü oyun
Son 4 mövsümün antirekordu
"İmişli" - "Sumqayıt": Heyətlər açıqlandı
Rusiya klubunun futbolçusu Azərbaycan millisinə çağırıldı
Millinin baş məşqçisi “Qarabağ”ın legionerindən nə gözləyir?
Messi MLS-in ən yaxşı bombardiri oldu
Ağadadaş Salyanski: “Millidən dəvət gözləyirdim”
“Real” rəqiblərinə aman vermir
36-cı dəfə Argentina çempionu oldular
Azərbaycan Vətən müharibəsində Zəfərini qeyd edir
"Mançester Siti" autsayderə uduzdu, "Arsenal"dan qələbə
La Liqada günün nəticələri
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video