"Yuxudan oyananda "Barselona"ya qol vuracağımı bilirdim"

"Yuxudan oyananda "Barselona"ya qol vuracağımı bilirdim"
XƏBƏR 26 Fevral 2025 / 13:09 2671
-  A +

"Atletiko"nun hücumçusu Aleksandr Şerlöt maraqlı açıqlaması ilə diqqət çəkib.

QOL.az xəbər verir ki, 29 yaşlı hücumçu İspaniya kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Barselona"ya vurduğu qoldan danışıb. Onun 90+3-cü dəqiqədəki qolu ilə komandası məğlubiyyətdən xilas olub - 4:4.

Şerlöt isə deyib: “Barselona”ya qarşı oynayanda özümü yaxşı hiss edirəm. Səhər yuxudan oyananda bilirdim ki, "Barselona"ya qol vuracağam". 

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu aprelin 2-də keçiriləcək.


Son xəbərlər
17.05.26  17:46

Rekordunu təkrarladı

16.05.26  22:40

Keyndən yeni rekord

16.05.26  22:16

"Real" onu göndərir

topaz banner