"Seltik" azarkeşləri növbəti dəfə Fələstinə dəstək nümayiş etdirib.
QOL.az xəbər verir ki, Şotlandiya klubunun fanatları Çempionlar Liqasının pley-off mərhələsində ötən gecə "Bavariya" ilə keçirilən oyunda "Show Israel The Red Card" (İsrailə qırmızı vərəqə göstər) yazısı olan böyük və yüzlərlə kiçik ölçüdə pankart açıblar.
Bundan başqa, "Seltik Park"ın tribunasında Fələstinin bayrağı nümayiş etdirilib.
"Seltik" azarkeşləri artıq bir neçə dəfə tribunada İsrailə etiraz ediblər. Hətta buna görə dəfələrlə "Seltik" cəza və cərimələrlə üzləşib. UEFA-nın qaydalarına əsasən, matçlarda siyasi addımların atılması qadağandır. Buna görə də qurumun klubu növbəti dəfə cəzalandıracağı gözlənilir.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-dən atəşkəsin qüvvəyə mindiyi 19 yanvara qədər İsrailin Qəzza zolağına etdiyi hücumlarda 61 mindən çox insan həyatını itirib.

Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı