Gürcüstanda danışılmış oyunlara çıxan 5 futbolçu həbs olundu

Gürcüstanda danışılmış oyunlara çıxan 5 futbolçu həbs olundu
DÜNYA FUTBOLU 3 May 2011 / 00:25 2530
-  A +

Gürcüstan Daxili İşlər Nazirliyinin Konstitusiya Təhlükəsizliyi Departamenti ölkənin milli çempionatı sistemindəki korrupsiya şəbəkəsinin üstünü açıb. Qol.Az-ın məlumatına görə, departamentin rəis müavini Soso Topuridze bildirib ki, Gürcüstan çempionatında çıxış edən bəzi klubların futbolçuları "qara totalizator biznesi" nümayəndələri ilə korrupsiya sövdələşməsinə giriblər. 

Onlar öncədən oyunun gedişi və nəticəsi barədə razılığa gəliblər. Əməliyyat nəticəsində "Samtrediya" klubunun kapitanı Spartak Qoqiya, onun komanda yoldaşı Kaxaber Kirtadze, "Bayya" klubunun kapitanı Roin Oniani, onun komanda yoldaşı Levan Vartaqava və "Vit-Corciya"nın oyunçusu Giqa Beçvaya həbs olunub. İstintaq məlumatlarına əsasən, onlar totalizatorların nümayəndəsi David Qabedava ilə razılığa gəliblər. 

Hazırda Konstitusiya Təhlükəsizliyi Departamenti 3 satılmış oyun aşkarlayıb. Gizli sövdələşmə demək olar ki, bütün oyunun gedişini - futbolçuların meydançadakı davranışı və matçın nəticəsini əhatə edib. "Samtrediya" - "Sioni" matçı 15 min lariyə, "Dinamo" (Tbilisi) - "Bayya" görüşü 12 min lariyə, "Vit-Corciya" - "Sioni" qarşılaşması isə 20 min lariyə satılıb.   

Daha çox


Son xəbərlər