"Yuventus" azlıqda qalan rəqibini cəzalandırdı (YENİLƏNİB)

"Yuventus" azlıqda qalan rəqibini cəzalandırdı (YENİLƏNİB)
DÜNYA FUTBOLU 3 May 2011 / 01:46 3679
-  A +

A seriyasının növbəti turuna "Latsio" - "Yuventus" matçı ilə yekun vurulub. Qol.Az-ın məlumatına görə, görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.

"Yuventus" istəyinə meydan sahibləri azlıqda qaldıqdan sonra çatıb. Bu oyunun nəticəsi heç bir komandanın turnir cədvəlindəki mövqeyinə təsir etməyib. Amma "Latsio" çempionatın mükafatlarından demək olar ki, əlini üzüb. "Yuventus" isə Çempionlar Liqasına vəsiqə verən ilk "4-lüy"ə girmə şanslarını qoruyub.  

Əvvəlki günlərdə keçirilmiş digər qarşılaşmalara gəldikdə, "Milan" klubu çempionluğa doğru daha bir addım atıb. "Rossonyerlər" "Bolonya"nı minimal hesabla yeniblər. Bu qələbədən sonra liderliyini möhkəmlədən "qara-qırmızılar" sona 3 tur qalmış ən yaxın rəqibi "İnter"lə xal fərqinin 8-də qalmasını təmin ediblər. Ən dramatik oyun autsayder "Bari" ilə "Roma" arasında keçirilib. Bu görüşdə hakim 3 futbolçunu meydançadan qovub. Onlardan 2-si "Roma"nın oyunçuları olub. Bununla belə, paytaxt komandası 9 futbolçu ilə əsas vaxta artırılmış 5-ci dəqiqədə qələbəyə nail olub.  

Tura 2 oyunla start verilib. Çempionluq uğrunda mübarizə aparan "İnter" və "Napoli" növbəti qələbələrini minimal fərqlə qazanıblar. "İnter" səfərdə "Çezena" üzərində qələbəyə uzatma dəqiqələrində nail olub. Campaolo Patsini "neradzurri"ni məğlubiyyətdən qalibiyyətə daşıyıb. "Napoli" isə "Cenoa"ya son dəqiqələrdə Marek Hamşikin qolu ilə qalib gəlib.

İtaliya çempionatı, 35-ci tur

30 aprel

21:00. "Çezena" - "İnter" - 1:2
Qollar:
İqor Budan, 56 - Campaolo Patsini, 90+1; 90+5

23:45. "Napoli" - "Cenoa" - 1:0
Qol:
Marek Hamşik, 83

1 aprel

18:00. "Milan" - "Bolonya" - 1:0
Qol:
Matyö Flamini, 8
Qırmızı vərəqə: Françeska Della Rokka, 82 ("Bolonya")

18:00. "Kyevo" - "Leççe" - 1:0
Qol:
Luka Riqoni, 58

18:00. "Parma" - "Palermo" - 3:1
Qollar:
Blerim Cemayli, 2. Françesko Modesto, 18. Antonio Kandreva, 89 - Xavyer Pastore, 56

18:00. "Fiorentina" - "Udineze" - 5:2
Qollar:
Xuan Manuel Varqas, 9. Qaetano D Aqostino, 21; 51. Alessio Çerçi, 71; 86 - Campyero Pintsi, 29. Kvadvo Asamoa, 57 

18:00. "Kataniya" - "Kalyari" - 2:0
Qollar:
Matias Silvestre, 78. Qonsalo Berqassio, 82
Qırmızı vərəqə: Pablo Alvares, 74 ("Kataniya)

18:00. "Sampdoriya" - "Breşiya" - 3:3
Qollar:
Nikola Potsi, 55. Fernando Tissone, 63. Daniele Mannini, 90 - Eder, 50. Andrea Karaççolo, 58; 84 

23:45. "Bari" - "Roma" - 2:3
Qollar:
Simone Bentivolio, 25-pen. Erik Huseklepp, 42 - Françesko Totti, 30; 57-pen. Aleandro Rossi, 90+5
Qırmızı vərəqələr: Kamil Qlik, 78 - Daniele De Rossi, 48. Simone Perrotta, 90 

2 may

23:45. "Latsio" - "Yuventus" - 0:1
Qol:
Simone Pepe, 87
Qırmızı vərəqə: Kristian Ledesma, 81 ("Latsio")

Komandalar O Q H M T X
1. Milan 35 23 8 4 61-23 77
2. İnter 35 21 6 8 62-39 69
3. Napoli 35 21 5 9 55-34 68
4. Latsio 35 18 6 11 46-33 60
5. Udineze 35 18 5 12 61-42 59
6. Roma 35 17 8 10 55-49 59
7. Yuventus 35 15 11 9 53-42 56
8. Palermo 35 15 5 15 53-58 50
9. Fiorentina 35 12 13 10 45-38 49
10. Cenoa 35 12 9 14 38-40 45
11. Kalyari 35 12 8 15 42-44 44
12. Kyevo 35 10 12 13 33-35 42
13. Parma 35 10 11 14 37-46 41
14. Kataniya 35 10 10 15 35-47 40
15. Bolonya 35 11 10 14 34-47 40
16. Çezena 35 9 10 16 33-47 37
17. Sampdoriya 35 8 12 15 30-42 36
18. Leççe 35 9 8 18 40-61 35
19. Breşiya 35 7 10 18 31-47 31
20. Bari 35 4 9 22 22-52 21

Bombardir: Antonio Di Natale ("Udineze"), Edinson Kavani ("Napoli") - 26 qol.

Qeyd: "Bolonya"nın hesabından 3 xal silinib.

Daha çox


Son xəbərlər