Almaniya 2-ci bundesliqasında 19-cu turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin klubu “Nürnberq” bu gün səfərdə “Şalke 04”ün qonağı olub. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə,19 oyundan 25 xalı olan “Nürnberq” 12-ci, 24 xala malik “Şalke 04” isə 13-cü yerdədir.
Qeyd edək ki, M.Emreli ötən tur “Karlsrue” ilə matçda sarı vərəqə alıb. Bu, onun cari mövsümdə 5-ci sarısı olub. Cəzalı duruma düşən 27 yaşlı futbolçu “Şalke 04” ilə oyunu buraxıb.
Emreli bu mövsüm “Nürnberq”lə bütün turnirlərdə 14 oyunda meydana çıxıb, 4 qol vurub və 1 qol ötürməsi edib. O, son dəfə bundesliqada ötən ilin noyabrın 3-də “Hamburq”la matçda qol vurub. Ondan sonra liqadakı 7 görüşdə Mahir rəqib qapısına yol tapa bilməyib.
25 yanvar
"Şalke 04" - "Nürnberq" - 3:1
Qollar: Karaman, 7, Silla, 15, 45 - Tzimas, 17
"İmişli"də yeni futbolçu
"Real"da itki
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər