“Səbail”in yarımmüdafiəçisi Rüfət Abdullazadə dünən Misli Premyer Liqasının 19-cu turunun "Sumqayıt"a qarçı matçında (2:0) komandasının hər iki qolunun müəllifi oldu. QOL.az xəbər verir ki, 24 yaşlı futbolçu oyundan sonra jurnalistlərin suallarını cavablandırdı.
- Misli Premyer Liqasının 19-cu turunda Sumqayıt səfərindən 3 xalla qayıtdınız. Qazanılan 2:0 hesablı qələbəni necə şərh edərdiniz?
- Oyuna çox yaxşı hazırlaşmışdıq. Yeni ildə ilk matçımız idi. Ona görə də qələbə qazanmaq istəyirdik. Bunun üçün əlimizdən gələni etdik. Şükürlər olsun ki, istəyimizə çatdıq və qalib gəldik.
- Bu qələbədə fasilədə keçdiyiniz hazırlığın nə dərəcədə rolu oldu?
- Fasilə dövrünü yaxşı keçirdik. İki yoldaşlıq görüşündə qüvvəmizi sınadıq. Bir qədər ağır yükləmələr oldu. Üstəlik, taktiki məşğələlər üzərində çalışdıq. Çünki Cavid müəllim komandaya mövsümün ortasında qoşulmuşdu. Ona görə də taktiki hazırlıqlara çox vaxtımız olmamışdı. Bu baxımdan fasilə faydalı oldu. Nəticəsini də “Sumqayıt”la matçda gördük və qələbə qazandıq.
- Fasilədən sonra ilk oyuna köklənmək nə dərəcə çətin olur?
- İlk oyun həmişə ağır keçir. Üstəlik, biz süni meydançada oynayırıq. Ona görə də təbii qazonda oynamaq bizim üçün çətindir. “Sumqayıt”la matçda da bir neçə dəqiqədən sonra şəraitə uyğunlaşdıq.
- Vurduğunuz iki qolla matçın taleyini həll etdiniz. Rüfət Abdullazadəni bu oyunun qəhrəmanı saymaq olar?
- Daim üzərimdə işləyirəm, bunun üçün çalışıram. Daha da artırmaq istəyirəm. Yaxşı oynamağımda komandanın rolu böyükdür. Gözəl kollektivimiz var. Əlimizdən gələni edirik ki, turnir cədvəlində daha yuxarı pillələrdə olaq. “Səbail” axırıncı yerə layiq deyil.
- Artıq sonuncu pillədən qurtuldunuz. Növbəti turda “Kəpəz”ə qarşı keçiriləcək görüşü 6 xallıq oyun saymaq olar?
- Bəli. Həmin matç bizim üçün çox önəmlidir. Meydana yalnız qalib gəlmək üçün çıxacağıq. Çalışacağıq ki, yaxşı hazırlaşaq və “Kəpəz” üzərində qələbə qazanıb, bir qədər də rahatlayaq.
- Son günlər Azərbaycan futbolunda əsas müzakirə mövzusu legioner limitinin ləğv olunub-olunmamasıdır. Bu barədə sizin fikirləriniz necədir?
- Heç o barədə fikirləşməmişəm. Mən öz oyunumu oynayıram. Rəhbərlikdə təmsil olunanlar nəyin necə olacağını daha yaxşı bilər. Hansı qərar qəbul olunur-olunsun, əsas odur ki, futbolumuza xeyri dəysin.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər