İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Joze Mourinyo komandanın aparıcı futbolçusu Kriştianu Ronaldunu cəzalandırıb. Qol.Az-ın məlumatına görə, buna Ronaldunun “Barselona” ilə Çempionlar Liqasının ilk yarımfinal matçından sonra Mourinyonun taktikasını tənqid etməsi səbəb olub.
Ulduz futbolçu bildirib ki, baş məşqçinin “Barsa”ya qarşı müdafiə taktikası onun ürəyincə deyil: “Lakin mən bu taktikaya uyğunlaşmalı və özümdən asılı olan hər şeyi etməliyəm”.
Əvəzində portuqaliyalı mütəxəssis həmyerlisini “Saraqosa” ilə İspaniya çempionatının növbəti tur matçının heyətinə daxil etməyib. Ronaldudan əlavə, Lassana Diarra, Xabi Alonso, Raul Albiol və Pedro Leon da heyətdə yer almayıb. Mourinyonun bu addımı İspaniya mətbuatında “Ronaldu cəzalandırıldı” kimi dəyərləndirilib. Bu mövsüm La Liqada 29 qol vuran 26 yaşlı yarımmüdafiəçi zədəsi istisna olmaqla, ilk dəfə baş məşqçi tərəfindən oyun heyətinə daxil edilməyib.
Lakin Mourinyo Ronaldu ilə bağlı qərarını ona istirahət vermək istəyi ilə əlaqələndirib: “Ronaldo son oyunlarda çoxlu enerji sərf edib. Ona görə də qarşıdakı matçda dincəlməlidir. Əvəzində Kərim Benzema, Kaka, Qonsalo İquain, Anxel Di Maria kimi hesabı müəyyənləşdirə biləcək futbolçularıma şans verəcəyəm”.
Rafinyadan həyat yoldaşına 60 min avroluq hədiyyə - Şəkil
"Beşiktaş"ın futbolçusu sabiq klubuna qayıtdı
"Atletiko"nun futbolçusu "Qalatasaray"a keçə bilər
"Yuventus" növbəti türkiyəli futbolçunu transfer etdi
"Mançester Yunayted" Kazemiro ilə yollarını ayırır
Millimiz Danimarkaya uduzdu
Dünyanın ən varlı klubları açıqlandı
ÇL-də ən çox qol şansı yaradan oyunçu kimdir?
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bilindi
ABŞ səfirliyi “Qarabağ”ı təbrik etdi
“Real”ın zədəli futbolçularından xəbər var
Dzeko 2-ci Bundesliqa klubunda - Rəsmi
"Barselona"da ciddi itki: 1 ay oynamayacaq
"Qarabağ" pley-offa çıxacaq" - Mehmet Ak
"Qarabağ"ın qələbəsi dünya manşetlərində - Video
Qurban Qurbanovun 500-cü qalibiyyəti
Yüksək Qızlar Liqasının daha 2 oyunu FIFA+ TV-də
"Gəldim ki, sizə dəstək olum, qardaşlar!" - Video
Mikrofonu Elvinin əlindən aldı - Video
Xetaq Qazyumov millimizin toplanışını dəyərləndirdi
Azərbaycan klublarının Çempionlar Liqasında 150-ci qolu
"Qarabağ"la oyunda hər şey bizdən asılı olacaq" - Van Deyk
"Fənəbaxça" - "Aston Villa" oyunu bu kanallarda
"Araz-Naxçıvan"da yeni məşqçi təyinatı
"Liverpul"un futbolçusu "Qarabağ"la oyundan danışdı
“Qarabağ”ın hücumçusu ÇL-in bombardirləri siyahısında!
Azərbaycanda oynayırdı, Qırğızıstan klubuna keçdi
Mirzə müəllim, o əjdahadan artıq bizdə də var!
Rəhman Hacıyevin yeni klubu açıqlandı
"Səbail" millimizin üzvünü transfer etdi
"Barselona" tarixinin antirekordu
Medina ÇL-in ilk "5-liy"ində
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
"Liverpul"un Fransadakı böyükhesablı qələbəsi - Video
"Qalatasaray" İstanbulda "Atletiko"dan belə xal aldı - Video
Azərbaycan UEFA reytinqində irəlilədi
Onlar da ÇL-də 1/8 finalı təmin etdilər
ÇL-lə vidalaşacaq daha iki komanda - Biri "Ayntraxt"dır