"Yuventus"un və İtaliya millisinin sabiq futbolçusu Canluici Buffon Turin təmsilçisinin baş məşqçisi Tyaqo Motta haqda danışıb.
QOL.az xəbər verir ki, sabiq qapıçı jurnalist Nikolo Skeraya açıqlamasında deyib:
"Tyaqo Mottaya böyük hörmətim var və onun qurduqlarına inanıram. Bir işin prosesinə bu qədər dərin girəndə vaxt lazım olur. Motta — son dərəcə dəqiq məşqçidir. O, müəyyən bir səviyyədə işləməyə öyrəşib. Onu Massimiliano Alleqri ("Yuventus"un sabiq baş məşqçisi - red.) ilə müqayisə etməyin. Bu, tamamilə uyğunsuzdur. Birisi çox şeyi qazanıb, Tyaqo isə hələ təzə başlayır. Onları müqayisə edənlər "Yuventus"un ətrafında qıcıq yaratmaq istəyirlər".
Qeyd edək ki, "Yuventus" turnir cədvəlində 31 xalla 6-cı yerdədir. Turin klubu bu mövsüm İtaliya A Seriyasında hələ də məğlub olmayıb.
Fabinyo “Trabzonspor”da
Debüt oyununda zədələndi
39-cu qapıçı
Salahın dublu - Video
Qol VAR idimi? “Turan Tovuz”dan etiraz - Video
"Neftçi"dən böyükhesablı qələbə, Tovuzda heç-heçə
“Neftçi” - “Araz-Naxçıvan” matçında fasilə yarandı
"Turan Tovuz" - "Şamaxı" matçından - Video
Salah dubl etdi, "Trabzonspor" qələbə qazandı
"Bu kluba 20 ilimi vermişəm, qəzəbi başa düşürəm"
“Hamı qol olduğunu gördü, hakim görmədi” - Kurban Berdiyev
“Düzgün oyun nümayiş etdirdik” - Azər Bağırov
“Bu yolu birlikdə davam etdirməliyik” - Tahir Gözel
“Neftçi” - “Araz-Naxçıvan” matçının heyətləri açıqlandı