Məşhur mütəxəssis Roberto Mançini İtaliya millisinin baş məşqçi vəzifəsini tərk edərək Səudiyyə Ərəbistanı millisini çalışdırmağı haqqında danışıb.
QOL.az xəbər verir ki, o, belə bir qərar verdiyinə görə peşman olduğunu deyib:
“Bir daha bu qərarı verməzdim. Çünki İtaliya millisinin baş məşqçisi olmaq ən yaxşı işdir. Bir daha eyni seçimi etməzdim.
İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Qabriele Qravina ilə münasibətləri pozulubmu? Bəlkə də bir-birimizi başa düşmədik. Əgər biz daha çox danışsaydıq, bəlkə də hər şey başqa cür olardı. Amma mənim onunla heç bir problemim yoxdur.
Bəzən hər şeyi pul üçün etdiyimi düşünürlər. Mənim haqqımda xəbəri olmayanlar geri qayıdıb hər şeyə yenidən baxa və sonra danışa bilərlər”.
Qeyd edək ki, 2023-cü ilin yayında Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi təyin olunub, bu ilin oktyabrın 25-də isə vəzifəsindən istefaya göndərilib. O, 2018-ci ilin yayından ötən ilin yayınadək İtaliya millisinə rəhbərlik edib. Mançini İtaliya yığması ilə Avro-2020-nin qalibi adını qazanıb.
Türkiyə Belçikaya məğlub oldu
“Lixtenşteyndə qələbə qazanmaq istəyirik” - Toral Bayramov
Sneyder bu kluba baş məşqçi təyin olundu
Faciəli hadisədən sonra karyerasını bitirə bilər
“Araz-Naxçıvan”ın sabiq çalışdırıcısının yeni klubu bilindi
Rafinyanın yorucu futbol marafonu başlayır
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Keyn millinin gələcək kapitanından danışdı
Vernidubun futbolçusuna verdiyi gözlənilməz dərs
Muslera karyerasını başa vurur?
“Real”ın futbolçusu azarkeşlərə pul payladı - Video
İngiltərə Premyer Liqasında günün ikinci baş məşqçi ayrılığı
Azərbaycan boksçusu Olimpiya 2-cisi oldu
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
Tuhel klub məşqçiliyinə qayıtmaq istəyir
Avropanın TOP klubları gürcü futbolçu üçün mübarizədə
Nə qələbə var, nə heç-heçə, nə hücum var, nə müdafiə...