“Əsas qərar İcraiyyə Komitəsinin olacaq. Başqa söhbət ola bilməz. Ola bilər ki, Santuşu göndərərlər. Vəzifəsində saxlaya da bilərlər. Hamı deyir ki, iclasda baş məşqçi ilə bağlı qərar məsələsi də var. Amma hələ dəqiq bilinmir”.
Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycanın Əməkdar məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.
Həmçinin oxuyun: Milliyə ürəyini qoymayanlar haqda - Təyyarə qeydləri
Tarixi dəqiq açıqlanmasa da bu ay AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək. İclasda Azərbaycan millisinin Millətlər Liqasındakı çıxışı və baş məşqçi Fernandu Santuşla bağlı qərar veriləcəyi də gözlənilir. Qeyri-rəsmi xəbərlərə əsasən, iclasda Fernandu Santuşla müqavilənin ləğvi və onun istefaya göndəriləcəyi ilə bağlı qərar veriləcək.
Hələlik AFFA bu məsələlərə münasibət bildirməyib.

Milli komandamızın sabiq çalışdırıcısı Ağasəlim Mircavadov qeyd edib ki, AFFA rəhbərliyinin əcnəbi mütəxəssisə cəmi 6 ay şans verməsi inandırıcı deyil: “Dekabrın 13-də DÇ-2026-nın püşkatması olacaq və bizim rəqiblərimiz də müəyyənləşəcək. Ola bilər ki, bundan sonra Santuşla bağlı qərar verilsin. Əgər əcnəbi məşqçi gətirilibsə, 6 aydan sonra onu göndərmək də qəribə görünər. Deməli, hardasa səhv edilib. Ona görə də mümkündür ki, Santuşa hələ şans versinlər. Santuş müqavilə bağlayanda ondan nə istəyiblər və o, nə deyib, bunu bilmirik. Yəqin cavab verib ki, 2028-ci ilə qədər uğur qazana bilərik. Aşağı yaş qruplarımızın oyunları isə göstərir ki, çox çətin olacaq”.
77 yaşlı mütəxəssis milli komandanın baş məşqçisi məsələsi ilə bağlı öz mövqeyini də bildirib: “Mənim fikrim həmişə eyni olub. Artıq 30 ildir deyirəm ki, millimizin baş məşqçisi yerli mütəxəssis olmalıdır. Yerli məşqçiyə isə inanmaq və şans vermək lazımdır. Amma bizdə yerli məşqçiyə inam yoxdur. Uzağı bir il şans verilir. Mən Berti Foqtsun vaxtında da AFFA rəhbərliyinə dedim ki, baş məşqçinin yanına iki yerli məşqçi qoymaq lazımdır. Əcnəbi baş məşqçi burada əbədi qalası deyil. O gedəndən sonra da həmin yerli məşqçilərə inanmaq, işləməyinə imkan yaratmaq lazımdır. Bizdə ardıcıllıq olmur. Ən pisi də odur ki, alman gedir, xorvat, xorvat gedir, italiyalı gəlir, italiyalı gedir, portuqaliyalı gəlir. Bu ölkələrin futbolu isə tam fərqlidir. Bütün bunların əziyyətini isə Azərbaycan futbolu çəkir. Santuş göndərilsə və yenə də əcnəbi məşqçi gətirmək istəsələr, çətin olacaq. Çünki məşqçini tapmaq asan olmayacaq”.
Xatırladaq ki, AFFA bu ilin iyun ayında Fernandu Santuşla 3+1 illik müqavilə imzalayıb. Onun rəhbərliyi altında Azərbaycan millisi UEFA Millətlər Liqasının son mövsümündə 6 oyundan cəmi 1 xal toplayıb (5 məğlubiyyət, 1 heçə-heçə) və D liqasına düşüb.
Ramiq Ağaməmmədov
1-ci liqada 3 oyun
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda
“Qəbələ” yeni baş məşqçisini açıqladı
Həyat yoldaşı vəfat etdi
“Barselona” danışıqlara başladı