La Liqada növbəti tura bir oyunla yekun vurulub. Qol.Az-ın məlumatına görə, autsayderlər qrupunda yer alan "Saraqosa" ilə "Almeriya" üz-üzə gəlib.
Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşsa da, qolu qonaqlar vurublar. 70-ci dəqiqədə Dieqo Alveş Karreyra avtoqol müəllifi olub. "Saraqosa" son dəqiqələrdə azlıqda qalsa da, hesabı qoruya bilib və təhlükəli zonadan ən azı bir turluq uzaqlaşıb.
İkinci oyun günündə daha 6 görüş keçirilib. "Vilyarreal" səfərdə "Sevilya"ya uduzaraq, mükafatçılar sırasına düşmə şanslarını daha da azaldıb. "Atletiko" isə "Levante"ni darmadağın edib. Qollardan 2-nin müəllifi Serxio Aqüero olub.
Tura 3 oyunla start verilib. lider "Barselona" çempionat ərzində 28-ci qələbəsini "Osasuna" üzərində qazanıb. Bununla da Kataloniya komandası vurduğu qolları ilə topladığı xalları bərabərləşdirib. İndi "Barsa"nın 88 qolu və 88 xalı var. "Osasuna"nın qapısına vurulan 2 qoldan birinin müəllifi Lionel Messi olub. Messi çempionatda 31-ci, mövsüm ərzində isə 50-ci topunu vurub. Beləliklə, argentinalı forvard İspaniyada "Real Madrid"in əfsanəsi Ferents Puşkaşa məxsus 49 qol həddini təzələyərək, yeni rekord müəyyənləşdirib.
"Real Madrid" isə səfərdə "Valensiya"nı darmadağın edib. Bu görüşdə qeydə alınan 9 qoldan 6-na "kral klubu" imza atıb. Zədəsini yeni sağaldan Qonsalo İquain start heyətində meydançaya çıxıb. Baş məşqçi Joze Mourinyo "Barselona" ilə aprelin 27-də keçirəcəkləri Çempionlar Liqasının yarımfinal matçını düşünərək, Kriştianu Ronaldunu 67-ci dəqiqəyədək ehtiyatda saxlayıb. iquain ona göstərilən etimadı layiqincə doğruldub. Argentinalı forvard "het-trik" edib. Bu mövsüm imkanlarından aşağı səviyyədə çıxış edən Kaka isə "dubl" müəllifi olub. Daha bir qolu Kərim Benzema vurub. Günün son matçında "Atletik" "Real Sosyedad"a qalib gələrək, 5-ci pillədəki mövqeyini möhkəmlədib.
İspaniya çempionatı, 33-cü tur
23 aprel
21:00. "Valensiya" - "Real Madrid" - 3:6
Qollar: Roberto Soldado, 60. Jonas, 80. Xordi Alba, 85 - Kərim Benzema, 23. Qonsalo İquain, 31; 42; 53. Kaka, 39; 62
23:00. "Barselona" - "Osasuna" - 2:0
Qollar: David Vilya, 24. Lionel Messi, 87
01:00. "Atletik" - "Real Sosyedad" - 2:1
Qollar: İker Muniain, 18. Qaiska Tokero, 28 - Xavyer Martines, 31-avt.
24 aprel
20:00. "Sportinq" - "Espanyol" - 1:0
Qol: Naço Novo, 71
20:00. "Erkules" - "Deportivo" - 1:0
Qol: Tiaqu Qomeş, 60
20:00. "Rasinq" - "Malaqa" - 1:2
Qollar: Markus Rozenberq, 73 - Julio Baptişta, 32. Sebastyan Fernandes, 35
20:00. "Malyorka" - "Xetafe" - 2:0
Qollar: Nunyeş, 25. Akihiro İenaqa, 67
22:00. "Atletiko" - "Levante" - 4:1
Qollar: Eliaş, 19. Serxio Aqüero, 50; 70-pen. Qustavo Munua, 84-avt. - Felipe Kaysedo, 39-pen.
00:00. "Sevilya" - "Vilyarreal" - 3:2
Qollar: İvan Rakitiç, 9. Alvaro Neqredo, 14. Koffi Romarik, 62 - Karlos Marçena, 56. Cüzeppe Rossi, 73
Qırmızı vərəqə: Karlos Marçena, 85 ("Vilyarreal")
25 aprel
00:00. "Saraqosa" - "Almeriya" - 1:0
Qol: Dieqo Alveş Karreyra, 70-avt.
Qırmızı vərəqə: Ander Herrera, 90 ("Saraqosa")
|
Komandalar |
O |
Q |
H |
M |
T |
X |
1. |
Barselona |
33 |
28 |
4 |
1 |
88-17 |
88 |
2. |
Real Madrid |
33 |
25 |
5 |
3 |
79-26 |
80 |
3. |
Valensiya |
33 |
19 |
6 |
8 |
57-41 |
63 |
4. |
Vilyarreal |
33 |
17 |
6 |
10 |
51-39 |
57 |
5. |
Atletik |
33 |
16 |
3 |
14 |
51-47 |
51 |
6. |
Sevilya |
33 |
14 |
7 |
12 |
51-49 |
49 |
7. |
Atletiko |
33 |
14 |
7 |
12 |
54-44 |
49 |
8. |
Espanyol |
33 |
14 |
3 |
16 |
40-46 |
45 |
9. |
Malyorka |
33 |
12 |
6 |
15 |
35-45 |
42 |
10. |
Levante |
33 |
12 |
6 |
15 |
37-46 |
42 |
11. |
Sportinq |
33 |
10 |
11 |
12 |
31-37 |
41 |
12. |
Real Sosyedad |
33 |
12 |
2 |
19 |
43-57 |
38 |
13. |
Deportivo |
33 |
9 |
11 |
13 |
27-41 |
38 |
14. |
Xetafe |
33 |
10 |
7 |
16 |
43-53 |
37 |
15. |
Rasinq |
33 |
9 |
10 |
14 |
32-49 |
37 |
16. |
Malaqa |
33 |
10 |
6 |
17 |
44-63 |
36 |
17. |
Saraqosa |
33 |
9 |
9 |
15 |
32-45 |
36 |
18. |
Osasuna |
33 |
9 |
8 |
16 |
37-41 |
35 |
19. |
Erkules |
33 |
9 |
6 |
18 |
30-50 |
33 |
20. |
Almeriya |
33 |
5 |
11 |
17 |
32-58 |
26 |
Bombardirlər: Lionel Messi ("Barselona") - 31 qol.