"Mançester Siti"dən vacib qələbə (YENİLƏNİB)

"Mançester Siti"dən vacib qələbə (YENİLƏNİB)
DÜNYA FUTBOLU 26 Aprel 2011 / 01:58 3503
-  A +

Premyer Liqanın növbəti turuna "Blekbern" - "Mançester Siti" matçı ilə yekun vurulub. Qol.Az-ın məlumatına görə, mükafatçılar sırasına düşməyə can atan "şəhərlilər" qələbə istəklərinə matçın son bölümlərində çatıblar.

Edin Cekonun qolu sayəsində Roberto Mançininin komandası 3-cü pillədəki "Arsenal"la xal fərqini 5-ə endirib. Amma "Mançester Siti"nin ehtiyatda bir oyunu da var.   

Turun ikinci oyun günündə cəmi bir görüş keçirilib. "Arsenal" səfərdə "Bolton"a yenilərək, çempionluq yolunda ağır zərbə alıb. İndi 3-cü pillədə olan Arsen Vengerin komandasını çempionatın sonuna 4 tur qalmış lider "Mançester Yunayted"dən 9 xal ayırır.

İlk oyun günündə isə iddialı klublar qələbə qazanıblar. "Mançester Yunayted" "Everton"u minimal hesabla yenib. "Çelsi" "Vest Hem"i, "Liverpul" isə "Birmingem"i darmadağın edib. "Zadəganlar"ın qışda rekord məbləğə transfer etdiyi Fernando Torres yeni klubunda ilk qolunu vurub. Onun keçmiş komandasına qələbə gətirən 5 qoldan 3-ünün müəllifi isə Maksi Rodriges olub.  

İngiltərə çempionatı, 34-cü tur

23 aprel

16:45. "Mançester Yunayted" - "Everton" - 1:0
Qol:
Xavyer Ernandes, 84

19:00. "Sanderlend" - "Uiqan" - 4:2
Qollar:
Asamoa Qyan, 55. Cordan Henderson, 65; 77. Stefan Sessenyon, 73 - Məhəmməd Diame, 52. Franko Di Santo, 90 

19:00. "Tottenhem" - "Vest Bromviç" - 2:2
Qollar:
Roman Pavlyuçenko, 27. Cermeyn Defo, 66 - Piter Odemvingie, 5. Saymon Koks, 81

19:00. "Vulverhempton" - "Fulhem" - 1:1
Qollar:
Stiven Fletçer, 22 - Endryu Conson, 80

19:00. "Liverpul" - "Birmingem" - 5:0
Qollar:
Maksi Rodriges, 7; 66; 73. Dirk Kuyt, 23. Co Koul, 86

19:00. "Blekpul" - "Nyukasl" - 1:1
Qollar:
Dadli Kempbell, 32 - Peter Lyovenkrands, 17

19:00. "Aston Villa" - "Stok Siti" - 1:1
Qollar:
Darren Bent, 43 - Kenuayn Cons, 20

21:30. "Çelsi" - "Vest Hem" - 3:0
Qollar:
Frenk Lempard, 44. Fernando Torres, 84. Floran Maluda, 90

24 aprel

20:00. "Bolton" - "Arsenal" - 2:1
Qollar:
Daniel Starric, 38. Tamir Koen, 90 - Robin van Persi, 48
Penaltini vura bilməyib: Kevin Deyvis, 47 ("Bolton")

25 aprel

00:00. "Blekbern" - "Mançester Siti" - 0:1
Qol:
Edin Ceko, 75


Komandalar O Q H M T X
1. Mançester Yunayted 34 21 10 3 71-32 73
2. Çelsi 34 20 7 7 64-27 67
3. Arsenal 34 18 10 6 67-36 64
4. Mançester Siti 33 17 8 8 51-30 59
5. Tottenhem 33 14 13 6 49-41 55
6. Liverpul 34 15 7 12 51-39 52
7. Everton 34 11 14 9 47-42 47
8. Bolton 33 12 10 11 48-44 46
9. Nyukasl 34 10 11 13 49-48 41
10. Sanderlend 34 10 11 13 39-49 41
11. Aston Villa  34 10 11 13 43-55 41
12. Vest Bromviç 34 10 10 14 49-64 40
13. Fulhem 33 8 15 10 37-36 39
14. Stok Siti  33 11 6 16 40-43 39
15. Birmingem 34 8 14 12 34-51 38
16. Blekbern 34 9 8 17 40-55 35
17. Blekpul 34 9 7 18 48-70 34
18. Uiqan 34 7 13 14 34-57 34
19. Vulverhempton 33 9 6 18 37-57 33
20. Vest Hem 34 7 11 16 39-61 32

Bombardir: Dimitar Berbatov ("Mançester Yunayted") - 21 top.

Daha çox


Son xəbərlər