Türkiyə Superliqasının 14-cü turunda “Eyüpspor”la oyunda zədələnən “Qalatasaray”ın futbolçusu Abdülkərim Bardakcının durumu açıqlanıb.
QOL.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
30 yaşlı müdafiəçinin sol ayaq biləyindəki sümüklərdə ödəm və ayaq biləyi bağlarında gərilmə aşkarlanıb. Türkiyə mətbuatı futbolçunun 1 ay yaşıl meydanlardan kənarda qalacağını yazıb. Bu halda o, "Trabzonspor", "Sivasspor", "Kayserispor", Superliqa, "Malmö" (İsveç) ilə isə Avropa Liqası matçını buraxacaq.
Qeyd edək ki, Bardakçı bu mövsüm "Qalatasaray"da ümumilikdə 20 oyuna çıxıb. 2 qol vurub və 2 qol ötürməsi edib.
32 il sonra ilk dəfə...
Fərid Nəbiyev "İmişli"də
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?
Dambrauskas: “Bizi çətin səfər gözləyir”
İsveçrə - Kolumbiya: Heyətlər
Argentina - Misir matçının ən yaxşısı seçildi
“Sabah” bizi yordu” - TNS-in baş məşqçisi