“Təbii ki, hər oyunda qələbə qazanmaq, güclü heyət qurmaq istəyirik. Son 3 matçda oyunumuzda böyük irəliləyiş var. Bütün bunlar göstərir ki, doğru yoldayıq. Bu yola davam etməliyik".
QOL.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının 6-cı turunda sabah İsveçlə keçiriləcək səfər oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis üç futbolçunun heyətdən kənarlaşdırılmasında sonra edəcəyi taktiki gedişlər haqda sualı belə cavablandırıb: "Taktika o qədər də vacib deyil. Əsas olan oyun fəlsəfəsidir. Amma hər oyunun xüsusi taktikası var. Ola bilər ki, bəzi dəyişiklik etdik. Rəqibə uyğun taktika qurmağa çalışırıq. Elə bir heyət olmalıdır ki, tək müdafiə olunmasın, həm də rəqib qapısı qarşısında təhlükəli hücumlar qursun. Təəssüflər olsun ki, mən bura gələndən qələbə qazana bilməmişik. Amma inanın ki, komandam hər oyuna sırf qələbə üçün çıxır. Yəni meydana tək müdafiə olunmaq üçün çıxmamışıq".
Santuş qeyd edib ki, millidə birdən-birə gəncləşdirmə siyasəti aparmaq doğru olmaz: "Biz dəyişikliyi dərhal etsək, istədiyimizi həyata keçirə bilmərik. Əlbəttə ki, milli komanda klub kimi deyil. Klubda futbolçular daim bir yerdə olurlar. Ona görə də bir-birini yaxşı tanıyırlar. Millidə isə bu imkan olmur. Bunları nəzərdə alaraq gənc oyunçulara tədricən şans verəcəyik. Təbii ki, sabahkı matçda dəyişiklik ola bilər. Hər şey gözlənilir".
O, millimizin C Liqasında qalmaq şanslarını da dəyərləndirib: "Biz bunun uğrunda mübarizə aparmalıyıq. Təbii ki, heç kim oyundan qabaq nə qalib olur, nə də məğlub. Mübarizə aparacağıq. Qələbə qazanmağa çalışacağıq. Düzdür, sabah bizi güclü rəqib gözləyir, amma buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq".
Qeyd edək ki, sabah Solnadakı "Strouberri Arena”da keçiriləcək İsveç - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Azarkeşlər fitə basdı, baş məşqçi ona güvəndi
Millinin 5 futbolçusu cəzalana bilər
Rafinyanın zədələnməməsi üçün xüsusi addım atılır
A seriyası klubu yeni baş məşqçisini açıqladı
Trampla əlaqələrinə görə İnfantino Konqresə çağırıla bilər
Flik futbolçularını istirahətə yolladı
Kompani “Bavariya”nın məşqlərinə qoşuldu
"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində
“Tottenhem” komandaya liderlik edəcək hücumçu axtarır
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
Neymar karyerasını nə vaxt bitirəcəyini açıqladı
"Yuventus" 3 mövqeyə transfer edəcək
Azərbaycanı dünya çempionatında təmsil edəcək cüdoçular
Dizindən zədələnsə də, millidə qalır
Yeni müqavilə “Real”a baha başa gəldi
Fonsekanı o əvəzlədi
Azərbaycan millisinin heyətində dəyişiklik
Almaniya millisinə çağırıldı
26 milyon avroluq maaşdan imtina etdi
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
“Mançester Yunayted”ə "hə" dedi
“Hansısa təlxək mənim qovulmağımı istəyirdi” - Murad Musayev
“Bavariya” Noyerin əvəzləyicilərini tapdı
Böyük futbol Xankəndidə - Tarix rəsmən açıqlandı!
2-ci liqada 10-cu tur başa çatır
"Bavariya"dan Musiala açıqlaması - "Çıxılmaz vəziyyətdəyik"
Azərbaycan millisinin düşərgəsindən yeni - Video
Raul Qonsalesin təyinatı rəsmiləşdi
Millimizdən kənar qalan Lorenzo - Zədəsi ciddi deyilmiş
U-17-nin seçmə mərhələ üçün heyəti müəyyənləşib
“Sumqayıt”ın legioneri milliyə çağırılıb
“Qaradağ Lökbatan”dan 5 qollu qələbə - Video
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır