Türkiyə Kubokunda İstanbul finalı

Türkiyə Kubokunda İstanbul finalı
DÜNYA FUTBOLU 21 Aprel 2011 / 23:07 2457
-  A +

Türkiyə Kubokunun finalında "Beşiktaş"ın rəqibi müəyyənləşib. Qol.Az-ın məlumatına görə, "İstanbul BB" klubu yarımfinal mərhələsinin cavab görüşündə istanbullular Ankarada "Gənclərbirliyi"ni böyük hesabla yeniblər - 3:0.

Qollardan ikisini 11-ci və 22-ci dəqiqələrdə İbrahim Akın vurub. Oyunda son nöqtəni isə 25-ci dəqiqədə Herve Tum qoyub. İlk matçda 1:1 hesablı heç-heçə qeydə alındığından "İstanbul BB" adını finala yazdırıb. Həlledici görüş mayın 11-də Kayseri şəhərindəki "Kadir Has" stadionunda olacaq.

Qeyd edək ki, digər yarımfinal görüşündə "Beşiktaş" "Qaziantepspor"u evdə 3:0 yenib, səfərdə isə 2:2 hesablı heç-heçə edib.

Daha çox


Son xəbərlər