"Hava şəraiti və stadionun vəziyyəti yaxşı oyun göstərməyə imkan vermədi. Yaxşı oyun nümayiş etdirməyə çalışdıq. Təəssüf ki, standart vəziyyətdən qol buraxdıq. Oyuna nəzarət edirdik. Futbol belədir ki, qol vurmayanda sənə qol vururlar".
QOL.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko Misli Premyer Liqasının 17-ci turunda "İmişli" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, qapıda Tərlan Əhmədliyə şans verməsinin səbəbini açıqlayıb: "Oyunçulara baxırıq. Ən yaxşı variantı yoxlamağa çalışırıq. Elə futbolçular var ki, verilən tapşırıqları daha tez yerinə yetirirlər".
Mütəxəssis görüşün 60-cı dəqiqəsindən sonra üstünlüyün "İmişli"yə keçməsindən də danışıb. O, əvəzetmələrə gecikib-gecikməməyi haqda bunu söyləyib: "Bu vəziyyətdə olan meydançada oyuna nəzarət etməyə çalışdıq. Bəzən 90 dəqiqə dominant oynaya bilmirsən. Bu, bizim səhvlərimizdən oldu".
A.Demçenko "Karyeranız ərzində bundan pis meydança görmünüz" sualına belə cavab verib: "İmişli" də eyni şərtlərdə oynayırdı. Belə vəziyyətdə komanda gücünü göstərməlidir. Ukraynada da belə stadionlar olub".
Baş məşqçi start heyətində azərbaycanlı futbolçuların olmamasından da söz açıb: "Mən futbolçuları yerli və legioner olaraq ayırmıram. Bizim 20 oyunçumuz var. Kim məşqlərdə daha yaxşı olacaqsa, o da oynayacaq. Vacib olan nəticə qazanmaqdır".
"Sabah" TNS-ə qarşı
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
"Bizə daha çox yeni oyunçu lazımdır"
“İnter”ə bu transferi həyata keçirməyə icazə verilmədi
Argentina FİFA-ya xüsusi müraciət ünvanladı
"Turan Tovuz"un rəqibi bilindi
“Qalatasaray”ın yeni transferi İstanbula yollandı - Video
"Sabah"la matç bu dəfə fərqli olacaq" - TNS-in baş məşqçisi
“Kəpəz"dən bu yayın ilk transferi
Fransa - İspaniya matçından əvvəl bir dəqiqəlik sükut olacaq
"Onları necə məğlub edəcəyimizi bilirik"
"Mançester Yunayted" "Çelsi"nin futbolçusunu transfer etdi
Messi DÇ-də 40 ilin rekordunu təkrarladı
“Qəbələ”də oynayırdı, Kipr klubuna keçdi