Əziz Yıldırım çempionluq görməyəcək

Əziz Yıldırım çempionluq görməyəcək
DÜNYA FUTBOLU 22 Aprel 2011 / 00:01 2819
-  A +

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırımı cəzalandırıb. Qol.Az-ın məlumatına görə, Yıldırım 45 gün müddətinə hüquqlarından məhrum olub.

O, həmçinin 40 min lirə pul cəriməsinə məruz qalıb. Klub prezidenti ötən şənbə "Qaziantepspor"la keçirdikləri Superliqa matçından sonra baş hakim Hüseyn Göçək haqda təhqiramiz ifadələr səsləndirdiyi
üçün cəzalandırılıb. "Fənər"in 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada xoşagəlməz olaylar da baş verib. Bu səbəbdən, İstanbul klubu daha 105 min lirə cərimələnib. "Fənərbaxça" rəsmisi isə 15 gün müddətinə hüquqlarından məhrum olub.

Əziz Yıldırımın 45 günlük cəzası iyunun əvvəllərində başa çatacaq. Bu isə o deməkdir ki, Yıldırım "Fənərbaxça"nın çox yaxın olduğu çempionluğunu görə bilməyəcək. Çünki Superliqada mübarizə mayın sonlarında yekunlaşacaq.

Daha çox


Son xəbərlər