Türkiyə Kubokunda ilk finalçı müəyyənləşdi

Türkiyə Kubokunda ilk finalçı müəyyənləşdi
DÜNYA FUTBOLU 20 Aprel 2011 / 23:06 2148
-  A +

Türkiyə Kubokunda ilk finalçı müəyyənləşib. Qol.Az-ın məlumatına görə, "Beşiktaş" klubu yarımfinal mərhələsində "Qaziantepspor"u mübarizədən kənarlaşdırıb.

İlk görüşü 3:0 hesablı qələbə ilə başa vuran "qara qartallar" cavab qarşılaşmasında heç-heçə edib - 2:2. "Ağ-qaralar"ın qollarını penaltidən Simao Sabroza (dəq. 33) və Uqo Almeyda (dəq. 49) vurub. Anteplilərdən isə Olcan Adın (dəq. 5 və 68) fərqlənib. Beləliklə, "Beşiktaş" tarixində 15-ci, son 6 mövsümdə isə 4-cü dəfə Türkiyə Kubokunun finalına yüksəlib. "Ağ-qaralar" kuboku 9-cu dəfə qazanmağa çalışacaqlar.

Digər finalçı aprelin 21-də keçiriləcək "Gənclərbirliyi" - "İstanbul BB" matçının ardından müəyyənləşəcək.

Son xəbərlər