“Bir gecənin iki qalibi - Ali Baş Komandan və Qurban Qurbanov” - 2 il 1 ay qabaq, 2022-ci ilin 8 oktyabrında bu başlıqlı yazım “525”də dərc olunmuşdu.
Həmin gecə “Qarabağ” səfərdə yunanları, konkretləşdirsək, “Olimpiakos”u 3:0 hesabı ilə məğlub etmişdi. "Qarabağ"ın yaşıl meydanda gücünü bütün Avropaya nümayiş etdirdiyi həmin dəqiqələrdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev də Praqada tarix yazırdı. Çexiya paytaxtında İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla dördtərəfli danışıqlarının yekununda qəbul olunan bəyanat Bakının növbəti diplomatik qələbəsi kimi tarixə düşdü. Həmin bəyannamənin qısa icmalı Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması idi. Hansı ki, bunun üçün Azərbaycan diplomatiyası 30 il gərgin əmək sərf etmişdi. Nəhayət ki, istəyimizə çatmışdıq...
Tarix təkrarlanır...

8 noyabr gününü müasir Azərbaycan tarixi üçün hansı mənanı kəsb etdiyini bilməyən yoxdur. 2020-ci ildə məhz 8 noyabr tarixində Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Şuşanı fəth etmiş, Vətən müharibəsində son nöqtəni qoymuşdu. 4 il əvvəlin bu günündə əldə etdiyimiz tarixi zəfər bir gün sonra ermənilərin ağ bayraq qaldırması ilə nəticələnmişdi...
Tarix təkrarlanır...
Ali Baş Komandanın və Azərbaycan Ordusunun tarix yazdığı 8 noyabrda Qurban Qurbanov və komandası yenidən adından söz etdirməyi bacardı. Dünən “Qarabağ”ın Norveçdə “Bodo Qlimt” üzərində qazandığı qələbə adi qələbə deyil. Birincisi, hər nə qədər idmanı siyasətə qatmaq olmaz desək də, Zəfər günündə “Qarabağ” adını daşıyan komandaya qələbədən başqa nəticə yaraşmazdı. Elə oyundan sonra “Qarabağ”ın uğurlarının memarı olan Qurban Qurbanov da bu məqama toxundu: “Bütün Azərbaycan oyunumuza baxırdı, hamı bizdən qalibiyyət gözləyirdi. Allaha şükürlər olsun ki, Zəfər günündə futbolçularım bu cür zəfəri əldə etdilər”.
“Qarabağ” bu mövsüm Avroliqada əvvəlki 3 görüşün hamısında uduzsa da, dünən toparlanmağı bacardı. Qurban Qurbanov yenə də lazımi anda komandasını ayaqda saxlamağa müvəffəq oldu. Kim bilir, bəlkə də matç başqa tarixdə keçirilsəydi, “Qarabağ”ın dünənki əzmkarlığına şahid ola bilməyəcəkdik... Ən azından dünən matçdan sonra bəzi futbolçuların göz yaşlarını saxlaya bilməmələri də buna işarədir. Hansısa adi qələbə üçün göz yaşı axıdılmasını görmüsünüz?..

Dünənki qələbə həm də son zamanlar Qurban Qurbanova yönələn haqsız tənqidlərə ən yaxşı cavab idi. “Qarabağ” tükənib”, “Qurban Qurbanov getməlidir” kimi absurd fikirlərin səsləndiyi bu günlərdə Norveç səfərində əldə olunan qələbə tam yerinə düşdü. “Qarabağ” bir tərəfdən “yıxılmadım, ayaqdayam!” mesajını verdisə, digər tərəfdən də Qurban Qurbanov sübut etdi ki, komanda lazımi anda toparlana da bilir, qələbə qazanmağı da bacarır. Xüsusən də oyun Azərbaycan üçün əlamətdar bir günə təsadüf edirsə...
İbrahim Cəfərov, 525.az
Fonsekanı o əvəzlədi
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Premyer Liqada tarixi rekorda imza atdı
Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı
Azərbaycan millisi Olimpiya çempionu oldu