"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 3-cü turundan təxirə salınan və bu gün keçirilən "Araz-Naxçıvan"la matç haqda danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis 0:1 hesablı məğlubiyyəti bu cür şərh edib:
“Turnir cədvəlini nəzərə alsaq, olduqca vacib matç idi. Əsas rəqiblərimizdən biri ilə oynayırdıq. Qələbəyə köklənmişdik. Əslində hər şey bizim üçün yaxşı gedirdi. Birinci hissədə üstünlük biz tərəfdə idi. Rəqib daha çox oyunu əks-hücumlarda qurmuşdu. Bir neçə təhlükəli hücumumuz oldu. Amma rəqibin müdafiə xəttini yara bilmirdik.
Mənə məlum olmayan səbəbdən ikinci yarıya çox passiv başladıq. Həmin dəqiqələrdə standart vəziyyətdən qol buraxdıq. Ondan sonra yenə üstünlüyü ələ aldıq, çoxsaylı hücumlarımız oldu. Dirəkdən dönən topumuz var. Təəssüflər olsun ki, hesabı bərabərləşdirə və ya qələbə qazana bilmədik. Çox vacib oyunda məğlub olduq. Üç gün sonra "Qarabağ"la səfər matçımız var".
O, komandasının heyətinin potensiallı olduğunu qeyd edib: “Amma bəzi epizodlarda konsentrasiya itkisi olur. Xüsusilə də bu il standart vəziyyətlərdə çox qollar buraxmışıq. "Zirə"də olduğum 4 ildə belə vəziyyətlərdən az qol buraxırdıq. Həftənin bir gününü standart vəziyyətlərə həsr edirik. Oyunçularımız ona tapşırılan rəqib futbolçunu tutmurdu. Səbəbini araşdıracağıq”.
R. Sadıqov “Araz-Naxçıvan”ın uğurlu çıxışını şərh edib: “Təəccübləndirmir. Yay seleksiyasından bəlli idi ki, komanda bu mövsüm iddialı olacaq. Aramızda yetərincə xal fərqi yarandı. "Sabah" və "Neftçi" bizdən geridədir. Ona görə də vəziyyət bir az da məsuliyyətlidir. Qarşıdakı oyunlarda çalışacağıq ki, xal ehtiyatımızı maksimum artıraq”.
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu - Yenilənib
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
"Barselona" dayanmır - Video
Messi və Suares dubl etdi, uğursuz seriya bitdi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Real" və "Barselona"dan qələbə
Sumqayıtda vurulan 5 qol - Video
Filipe Kandido: “Qələbəni tam haqq etdik”
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək