“Nürnberq”in baş məşqçisi Miroslav Kloze futbolçusu, Azərbaycan millisinin üzvü Mahir Emreli haqqında növbəti dəfə danışıb.
QOL.az "Bild"ə istinadən xəbər verir ki, mütəxəssis 27 yaşlı forvardın 2-ci Bundesliqanın 11-ci turu çərçivəsində “Hamburq”la görüşdəki oyununu dəyərləndirib.
Mahir bu qarşılaşmada komandasını məğlubiyyətdən xilas edən qolu vurub. Buna baxmayaraq, Kloze Emrelinin oyunundan razı qalmadığını deyib:
"Məncə, Mahir o qədər də yaxşı oynamadı. O, topla kifayət qədər hərəkət etmədi. Mahir lazımi səviyyədə çevik deyildi".
Qeyd edək ki, Mahir Emreli bu ilin avqust ayında "Nürnberq"ə keçib. O, komandada 7 oyuna çıxıb və 4 qol vurub.
Osimhen əməliyyat olundu
Tudoru o əvəzləyə bilər
Qrizmann bu kluba keçir
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"
"Tottenhem"dən ağır məğlubiyyət
Səfər qadağası "Ayaks" azarkeşlərini dayandırmadı - Video
Nəriman ilk oyunundan paylaşım etdi - Şəkillər
Sonuncu pillədə yer alan klubda yeni baş məşqçi təyinatı
"Barselona" liderliyini möhkəmləndirdi