"Güclü rəqibə qarşı oynadıq. "Zirə" ötən il yaxşı mövsüm keçirdi. Avrokubokların pley-off mərhələsində iştirak etmişdilər. Onlara qarşı oynamaq çətindir".
QOL.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 12-ci turunda doğma meydanlarında "Zirə"yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, oyun haqda fikirləri ilə bölüşüb: "Matça pis başlamadıq. İlk dəqiqələrdə epizodları dəyərləndirə bilmirik. Son oyunlar bizi narahat edən odur ki, son nöqtəni qoymaqda çətinlik çəkirik. Bilirdik ki, rəqib müdafiə səhvimizdən istifadə edib qol vura bilər, çünki hücumda kreativ oyunçuları var. Bu da oldu. İkinci hissədə istəyirdik, dəyişiklik edək. Hücuma daha çox atılırdıq, tempi yüksək saxladıq. Bu, bizi sevindirir, amma nəticə bizi narahat edir".
Mütəxəssis uğursuz nəticələrin gözlənilən olduğunu vurğulayıb: "Çempionatın ilk dövrəsini yaxşı keçirdik. Zədələr, sarı vərəqələr, alternativlərin az olması isə bizə təsir edir. Normal haldır. Mövsümün əvvəlindən bunları gözümüzün qabağına gətirmişdik. Bu dəqiqə lazımdır ki, ruhdan düşməyək. Mübarizə sona qədər gedəcək. Ona görə hədəfimizə çatmaq üçün daha çox çalışmalıyıq. Qışa qədər daha çox xal yığmaq lazımdır ki, təhlükədən uzaq olaq".
“Bavariya”dan darmadağın
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər
Yamaldan "Qızıl top" açıqlaması
Xavi sabiq futbolçusu olan bombardiri milliyə çağırmadı
"Sabah"dan 10 futbolçu milli komandalara dəvət alıb
"Qəbələ" - "Neftçi": Heyətlər
Tofiq Bəhramov stadionu təmir olunacaq
41 yaşlı Ronaldo yenidən milliyə çağırıldı
"3-4 şirkətlə aktiv danışıqlar gedir" - PFL rəsmisi
Azərbaycandan Surinam millisinə çağırıldı
Tomas Tuhel İngiltərə millisinin heyətini açıqladı
Azərbaycan kubokunun püşkü atıldı
"Sabah"ın futbolçusu 2 ildən sonra Polşa millisinə çağırıldı
Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?
Türkiyə millisində karyerasını başa vurdu
"Liverpul"un gənc hücumçusu "Arsenal"a keçdi