"İlk oyunda böyük hesabla məğlub olmuşuq. Oyuna fərqli atmosferdə, ab-havada hazırlaşmaq istəyərdik. Hələ də məyusluğumuz var. Sabah əlimizdən gələni edəcəyik ki, nəticə bizim üçün pozitiv olsun. Qələbə qazanmaq çox vacibdir. Son oyuna qədər avrokuboklarda çıxışımız uğurlu alınırdı. Sabah komandamdan əzmkar, aqressiv, baxımlı oyun gözləyirəm".
QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının pley-off mərhələsində "Omoniya"ya (Kipr) qarşı keçirəcəkləri cavab oyunundan (ilk matç - 0: 6) öncə təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis ilk görüşdəki darmadağına görə məyus olduqlarını, lakin həmin matçı arxada qoyduqlarını söyləyib: "Üç gün ərzində iki məğlubiyyət almışıq. Həmin oyunlardan gözləntilərimiz o deyildi. Amma futbolun gözəlliyi ondadır ki, hər şey sənin gözlədiyin kimi olmur. "Omoniya" ilə matçda buraxdığımız qollara baxanda görürsən ki, bu, biz deyildik. Həmin gün bizim üçün bu mövsümün ən uğursuz oyunu oldu. Ola bilər ki, rəqib bizdən daha yaxşı oynayırdı. Amma görünür ki, həyəcan, erkən buraxılan qolların məyusluğu təsir etdi. Kollektiv olaraq həmin oyunları unutmuşuq, önümüzə baxırıq. Məyusluğun olması normaldır. Tam olaraq sabahkı oyuna köklənirik. Qələbə qazanmaq çox vacibdir. Əlimizdən gələni edəcəyik ki, ilk oyundakı nəticəni unutduraq".
Baş məşqçi sabah sonadək mübarizə aparacaqlarını bildirib: "Əsas düşüncəmiz ondan ibarətdir ki, hər top uğrunda mübarizə aparaq. Hər şey bizim üçün uğurlu alınsa, sona qədər mübarizə aparmaq istəyirik".
R.Sadıqov "Pley-offa yüksəlməyi məşqçilik karyeranızda zirvə hesab edirsiniz" sualını belə cavablandırıb: "Çempionatda 2-ci yeri d asan əldə etməmişdik. Rəqiblərimizin hansı səviyyədə olduğunu nəzərə almaq lazımdır. Düşünürəm ki, həm Premyer Liqada 2-ci yer, həm də pley-off məşqçilik karyeramın zirvəsidir".
O, sonda Azərbaycan təmsilçisi "Qarabağ"ın bu gün Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb "Dinamo"suna qarşı keçirəcəyi matçdan da söz açıb. Mütəxəssis Xorvatiya klubunun ilk görüşdə 3:0 hesabı ilə qalib gəlməsinə baxmayaraq, şansların bərabər olduğunu deyib: "Şansları bərabər dəyərləndirirəm. "Qarabağ" səfərdə qələbə qazansaydı da, belə dəyəcəkdim. Vacib olan səfərdəki oyunu təkrarlamaqdır. Rəqibin necə oynayacağından da çox şey asılıdır. Bir çox insanlar kökləniblər ki, ilk qolu 15-20-ci dəqiqədə vurmaq lazımdır. Amma "Qarabağ" 60-cı dəqiqədə fərqlənsə belə, oyunu çevirmək şansı olacaq. Onlara uğurlar arzulayıram".
Qeyd edək ki, sözügedən görüş sabah "Dalğa Arena"da keçiriləcək və saat 20:00-da start götürəcək. Kiprdəki ilk matçda "Omoniya" 6 cavabsız qolla qalib gəlib.
Yeni baş məşqçinin “Qəbələ”də işə başlayacağı tarix bilindi
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
Oyun yarımçıq dayandırıldı, sabah davamı olacaq
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi
“Bavariya”nın Keyn planları
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı
Rafinya: "Flikə həmişə minnətdaram"
“Liverpul” “Çelsi”yə rəqib oldu
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan kubokunun finalı bu stadionda olacaq
Klopp Almaniya millisinin heyətini açıqladı
“Mançester Yunayted” 49 il sonra bu uğursuzluğu təkrarladı
Millimizin rəqibinin heyəti açıqlandı - 16 legioner var
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
Messi 49-cu titulunu qazandı
"Barselona" - "Rasinq" oyunundakı 9 qol - Video
Məşhur futbolçu milli ilə vidalaşdı
Stadionu su basdı, La Liqa oyunu təxirə salındı - Şəkillər
"Milan"dan məğlubiyyət, "Bayer"dən qələbə
Renat oynadı, komandası kubokla vidalaşdı
Elvin Camalov “Qəbələ”yə qayıtdı - Rəsmi
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı