Messinin mənzili atəşə tutuldu

Messinin mənzili atəşə tutuldu
DÜNYA FUTBOLU 12 Aprel 2011 / 00:14 2848
-  A +

İspaniyanın "Barselona" klubunun və Argentina milli komandasının futbolçusu Lionel Messinin qardaşı Matiasın mənzili atəşə tutulub. Qol.Az-ın məlumatına görə, hadisə Argentinanın Rosario şəhərində baş verib.

İki naməlum şəxs motosikllə evə yaxınlaşaraq tapançadan atəş açıb. Evin divarlarına və qapısına ən azı 8 güllə dəyib. Hadisə vaxtı Messinin anası Seliya da mənzildə olub. Evdəkilərdən heç kim xəsarət almayıb. Polis cinayətkarların tapılması və saxlanılması istiqamətində araşdırmalara başlayıb.


Son xəbərlər