"Uzun məsafə qət edərək, Azərbaycana gəldik. Bir az yorğunluq var. Bununla belə, "Sabah"la görüşə yaxşı hazırlaşmışıq".
QOL.az xəbər verir ki, bu sözləri İrlandiyanın "Sent Patriks Atletik" klubunun baş məşqçisi Stefan Kenni UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Sabah"la cavab matçı öncəsi keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, məqsədləri qələbə qazanaraq, növbəti mərhələyə adlamaqdır: "Məğlub olsaq, bunu normal qarşılayacağıq. Çünki rəqib büdcə baxımından bizdən üstündür".
Qeyd edək ki, sabah “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Sent Patriks Atletik” qarşılaşması saat 20:00-da başlayacaq. Komandalar arasında ilk oyun İrlandiya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Alleqri cəzalandırıldı
Yamal "Barselona"nın ÇL matçını da buraxacaq
"Liverpul"la "Mançester Siti" onu hədəflədilər
"Qarabağ" "Benfika" ilə oyuna bu heyətlə çıxır
Millimiz Moldovaya qalib gəldi
"Göygöl"dən qələbə, "Qaradağ Lökbatan"dan darmadağın
Məşqçisi olduğu ən yaxşı futbolçuları açıqladı
“Barselona” bəyanat yaydı
U-15 millimiz Monteneqro ilə heç-heçə etdi
"Liverpul"la oyunu buraxacaqlar
"Roma" Dibalanı itirdi