UEFA Konfrans Liqqasının 3-cü təsnifat mərhələsinin cavab matçında "Zirə" ilə qarşılaşacaq "Osiyek" (Xorvatiya) Bakıya yollanıb.
QOL.az xəbər verir ki, komandanın baş məşqçisi Federiko Koppitelli Bakı səfərindən əvvəl rəqib komanda və keçiriləcək görüş haqda danışıb.
O, klubun rəsmi saytına açıqlamasında "Zirə" ilə oyuna tam hazır olduqlarını deyib: "Məqsədimiz Konfrans Liqasında mübarizəni davam etdirməkdir. "Osiyek"də keyfiyyətli komandaya qarşı çox yaxşı oyun keçirdik və bu onu göstərir ki, həmin 93 dəqiqədə onlara qarşı möhtəşəm çıxış qələbə üçün kifayət etmir. Bununla belə, bu, bizə inam verir, eyni zamanda, rəqibin gücünü göstərir. Lakin onlar bizim yeganə səhvimizdən istifadə etdilər və qələbəyə layiq olsaq da, oyun heç-heçə başa çatdı. "Zirə"nin artıq ev sahibi olması oyunun çətin keçəcəyini göstərir. Düşünürəm ki, komandamız yaxşı hazırlaşıb. Uğurlu nəticə üçün kifayət qədər enerjimiz və həvəsimiz olacaq".
Qeyd edək ki, “Zirə” “Osiyek”lə səfərdəki matçda 1:1 hesablı heç-heçə edib. Bu komandalar arasında cavab görüşü avqustun 15-i "Dalğa Arena"da keçiriləcək.
“Bavariya”dan darmadağın
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər
Yamaldan "Qızıl top" açıqlaması
Xavi sabiq futbolçusu olan bombardiri milliyə çağırmadı
"Sabah"dan 10 futbolçu milli komandalara dəvət alıb
"Qəbələ" - "Neftçi": Heyətlər