"Böyük komandaya qarşı oynayacağıq. Asan olmayacağını düşünürəm. Rəqib doğma meydanda oynayır. Biz də evə sərfəli nəticə ilə dönmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".
QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin futbolçusu Anje Mutsizni Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Osiyek"lə ilk oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.
O, daha sonra bildirib: "Baş məşqçimiz həm insan kimi, həm məşqçi kimi ən xoş sözlərə layiqdir. Burada adaptasiya prosesini asanlıqla keçdiyim üçün ona minnətdarlığımı bildirirəm. Bura gəlməzdən öncə "Zirə"də oynamış, Portuqaliyada çıxış edən futbolçularla əlaqə saxladım. Azərbaycan, çempionat haqda xoş sözlər dedilər. "Zirə"də olduğum üçün xoşbəxtəm".
“Sabah”dan “qızıl dubl”
"Napoli"dən gedir
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu