Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlu Avro-2024-ün 1/4 finalında Niderlanda məğlubiyyətdən (1:2) sonra kədərli anlar yaşayıb.
QOL.az xəbər verir ki, o, matçdan sonra göz yaşlarını saxlaya bilməyib. Çox məyus olan 30 yaşlı futbolçu verdiyi müsahibədə deyib:
“İkinci hissəyə yaxşı başlamadıq və qol buraxdıq. Çox geri çəkildik. Kaş geri çəkilməyə idik. İkinci qoldan sonra şanslarımız oldu, amma qol vura bilmədik”.
Hakan turnirdə milli üçün əməyi keçən hər kəsə təşəkkür edib: “Çox gözəl yarış keçirdik. Hamımız çox kədərliyik. Amma ümid edirəm ki, gələcəkdə daha böyük nailiyyətlər əldə edəcəyik. Təəssüf ki, indi hər şey bura qədərdir. Biz uzun yol qət etmişik. Futbolda məğlubiyyətlər olur. Azarkeşlərimiz matç başa çatdıqdan sonra bizi ayaq üstə alqışladılar. Bu, yaxşı əlamətdir”.
Yuxarı
Van Qal istefa verdi
"Şamaxı"dan yeni transfer
İngiltərə - Konqo matçının ən yaxşısı seçildi
“Zirə”nin rəqibi superkuboku qazandı
İngiltərə millisi 60 il sonra tilsimi qırdı
Penalti qaçıran futbolçular təhqirlərə məruz qaldı
"Qarabağ" hər iki oyunda uduzdu - Yenilənib
"Zirə" Türkiyə klubuna qalib gəldi
Azərbaycan millisi Tacikistanı məğlub etdi
"Bavariya" mundialın ulduzunu transfer etdi
"Arsenal"dan getdi
İspaniya Superkubokunun vaxtı və yeri dəyişdirildi
"Marsel" yeni baş məşqçisini açıqladı
İngiltərə - Konqo: Heyətlər