Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin milli komandası ilə görüşüb.
QOL.az "Haber Global"a istinadən xəbər verir ki, Avro-2024-ün 1/4 finalında Niderlandla keçirilən oyunu stadiondan izləyən Ərdoğan görüş başa çatdıqdan sonra komandanın paltardəyişmə otağına gedib.
Prezident 1:2 hesabı ilə uduzaraq turnirlə vidalaşan komanda üzvlərinə dəstək olub. O, yarışda layiqli çıxış etdikləri üçün milli komandanı təbrik edib: "Hamınızı təbrik edirəm. Bu gün burada bu nəticəni alsaq da, siz bizim çempionumuzsunuz. Sizdən məmnunuq. Komandanın gələcəyi var".
Xatırladaq ki, Portuqaliya, Çexiya və Gürcüstanla bir qrupda mübarizə aparan Türkiyə millisi qrup ikincisi kimi 1/8 finala yüksəlib. Komanda bu mərhələdə Avstriyanı (2:1) mübarizədən kənarlaşdırıb.



Van Qal istefa verdi
"Şamaxı"dan yeni transfer
İngiltərə - Konqo matçının ən yaxşısı seçildi
“Zirə”nin rəqibi superkuboku qazandı
İngiltərə millisi 60 il sonra tilsimi qırdı
Penalti qaçıran futbolçular təhqirlərə məruz qaldı
"Qarabağ" hər iki oyunda uduzdu - Yenilənib
"Zirə" Türkiyə klubuna qalib gəldi
Azərbaycan millisi Tacikistanı məğlub etdi
"Bavariya" mundialın ulduzunu transfer etdi
"Arsenal"dan getdi
İspaniya Superkubokunun vaxtı və yeri dəyişdirildi
"Marsel" yeni baş məşqçisini açıqladı
İngiltərə - Konqo: Heyətlər