Avstriya millisinnin baş məşqçisi Ralf Ranqnik Avro-2024-ün 1/8 finalında bu gün Türkiyəyə qarşı keçirəcəkləri görüş haqqında danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis 1/4 finala adlamaq üçün əllərindən gələni edəcəklərini deyib:
"Qrup mərhələsində Leyptsiqdə 1/8 final oyununa çıxacağımızı söyləsəydilər, deyərdim ki, çox nikbinsiniz. Bu mərhələdə olmağımız möhtəşəmdir. Türkiyə millisinin çox güclü olduğunu bilirik, amma bu görüş üçün yaxşı həll yolları tapmağa çalışırıq. Türkiyə ilə yoxlama oyununda qazanılan qələbənin bugünkü matça aidiyyəti yoxdur. Xüsusi bir üstünlüyə sahib olduğumuzu düşünmürük. Öz futbolumuzu oynayacağıq. Varımızı-yoxumuzu bu gün meydana qoyacağıq".
Qeyd edək ki, Avstriya - Türkiyə oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar mart ayında yoxlama görüşündə üz-üzə gəliblər. Həmin oyunda Avstriya 6:1 hesablı qələbə qazanıb.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı