Türkiyə millisinin üzvü Cenk Tosun Avro-2024-ün qrup mərhələsinin 3-cü turunda Çexiyaya qalib gəlməkləri və 1/8 finala adlamaqları barədə danışıb.
QOL.az xəbər verir ki, komandasının qələbə qoluna imza atan 33 yaşlı hücumçu buna görə xoşbəxt olduğunu deyib:
"Bu xoşbəxtliyi izah etmək asan deyil. Komanda yoldaşlarımla fəxr edirəm. Bu, hələ hər şeyin başlanğıcıdır. Qol vurduğuma görə çox xoşbəxtəm. Mən bunun xəyalını qururdum".
Türkiyə millisi 1/8 finalda Avstriya yığması ilə üz-üzə gələcək. Qardaş ölkənin komandası bu ilin mart ayında yoxlama oyununda Avstriyaya 1:6 hesabı ilə uduzub. Cenk Tosun isə 1/8 final görüşünə revanş üçün çıxacaqlarını deyib: "Biz komanda yoldaşlarımız ilə danışmışdıq. Avstriya ilə əlaqədar qursağımızda qalan bir məğlubiyyət var. İndi tam vaxtıdır".
O, yığmaya dəstək olan bütün azarkeşlərə təşəkkür edib: "Azarkeşlərimiz möhtəşəmdirlər. Sanki Avropa çempionatı Türkiyədə keçirilir".
Qeyd edək ki, Avstriya - Türkiyə oyunu iyulun 2-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı