Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella Avro-2024-ün qrup mərhələsinin 3-cü turunda Çexiyaya qarşı keçirəcəkləri matç haqqında fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, o, komandasının sərfəli nəticə qazanacağına inandığıbı deyib: "Üçlü müdafiə ilə oynayan bir çox komandalara qarşı mübarizə aparmışıq. Hər birinin fərqli xüsusiyyətləri var. Bizim də özümüzə xas olan taktikalarımız var. İnanıram ki, üstün tərəf biz olacağıq. Düzü, biz bu cür matçlara alışmışıq".
Mütəxəssis millinin bəzi azarkeşlər tərəfindən tənqid olunmasına da münasibət bildirib: "Hər zaman tənqidlər səsləndirilir. Amma məsələ tənqidin ədaləti və ya ədalətsiz olmağıdır. Ədalətli tənqidlər qəbul edirəm. Belə tənqidlər məni düşündürür. Bir də ədalətsiz tənqidlər var. Bu, bizi əyləndirir və motivasiya edir. Niyə belə tənqidlər səsləndirilir, bunun müxtəlif səbəbləri ola bilər. Biz tək bədən olmuşuq. Diqqətimizin dağılmağına icazə verməyəcəyik. Taleyimiz öz əlimizdədir. Başqa iki komandanın nəticələrinə bel bağlamamışıq. Vacib olan bizim öz oyunumuzdur. Cavabımızı meydanda verəcəyik. Onsuz da 10 aydır ki, bunu edirik. Qırdığımız rekordları bir daha xatırlatmaq istəmirəm. İndi komandamızı dəstəkləmək zamanıdır".
Montella qrupdan çıxmaq hədəfinin üzərində təzyiq yaradıb-yaratmadığı haqda da danışıb: "30 ildir ki, təzyiq işimin bir parçasıdır. Buna öyrəşməyiniz laÖzımdır. Bu, müsbət bir təzyiqdir. Biz buraya lider kimi gəlmişik. Məqsədimiz yenə qrupdan çıxmaqdır. İlk oyunumuzda qalib gəldik. Türkiyə daha əvvəl bunu bacarmamışdı. Əminik ki, bu gün azarkeşlərimiz start fitindən final fitinə qədər bizi dəstəkləyəcək.Tənqid edənlərə xatırlatmaq istəyirəm ki, bu, bizim ölkəmizdir. Bizim başqa milli komandamız yoxdur. Futbolçularımız son dövrdə üzümüzü güldürürlər. Onları dəstəkləməyimiz lazımdır. Sona qədər mübarizə aparacağıq. Üstünlük bizdədir. Azarkeşlərin bizi dəstəklədiyinin fərqindəyik. Bu, bizi gücləndirir".
Ötən turda Portuqaliya ilə matçda Türkiyə millisinin üzvü Arda Güler start heyətdə yer almayıb. O, meydana 2-ci hissədə çıxıb. Buna görə azarkeşlər Arda Güleri və Vinçenzo Montellonu tənqid ediblər. Mütəxəssis açıqlamasında 19 yaşlı yarımmüdafiəçinin meydanda uzun müddət qalmağa hazır olmadığını deyib: "Bu məsələyə aydınlıq gətirmək istəyirəm. Arda uzun müddət meydanda qalacaq vəziyyətdə deyil. Gürcüstanla matçda start heyətdə idi. Buna yalnız mən qərar verməmişəm. Həkimimiz, tibbi heyətimiz və futbolçunun özü də qərar verdi. Risk almadan oynaya biləcəyi bir müddət var idi, o qədər oynadı. Ertəsi gün isə Ardaya aid məşhur bir video ortaya çıxdı. Müəyyən bir müddətdən sonra tibbi heyətlə və Arda ilə bir araya gəldik. Onun fiziki hazırlıq səviyyəsinin hazırkı gərginliyə uyğun olmadığı qəaətinə gəldik. Arda müəyyən məşq səviyyəsini aşa bilməyəcəyini öyrənəndə lazımsız risk etməmək üçün öz proqramına uyğun məşqlər etdi. İki gündür ki, məşq edir".
Qeyd edək ki, Çexiya - Türkiyə oyunu bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Keyn müqavilə imzalamağa tələsmir
"Barselona" onu hədəfə aldı
Baş məşqçinin qərarına təəccübləndi
CAR-ın DÇ-2026 üçün ilkin heyəti açıqlandı
"Heç bir halda arxayınlaşmaq olmaz" - Kaxaber Sxadadze
AFFA bu klubun 2-ci liqada iştirakına icazə verdi
"Qəbələ" 3 xalı 3 qolla qazandı - Video
Silva "Atletiko"ya keçə bilər
"Qəbələ" "Şamaxı"ya qalib gəldi
"Qalatasaray" Saşa Boeylə bağlı geri addım atır
Avroliqanın rəmzi komandası açıqlandı
Avroliqanın ən yaxşısı seçildi
1-ci liqanı tərk edən komanda bəlli oldu
"Neftçi" İK Azərbaycan kubokunun qalibi oldu
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Superliqada yeni legioner limiti tətbiq olunacaq
Seyxan Fərəcov mükafatlandırıldı
"Qəbələ" - "Şamaxı": Heyətlər
Azərbaycanda “transfer pəncərələri”nin vaxtı məlum oldu
Misli Premyer Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
Seneqal millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
“Qarabağ”dan daha bir transfer – Bakıya gəldi
Almaniya millisinin DÇ-2026 üçün heyəti elan edildi
Bunu Sançodan başqa bacaran olmayıb
Çin futbolunda “cəza sunamisi”
Əfsanələrin kameraarxası görüntüləri - Video
Daniel Parexo ilə yollar ayrıldı
38 yaşlı kapitanla müqavilə uzadıldı
Rafael Ağayev 13-cü dəfə əməliyyat olundu - Şəkil
Kazemiro Messinin komanda yoldaşı olacaq
Xabi Alonso: "Çelsi"nin layihəsi möhtəşəmdir"
Avroliqanın final matçından - Video
Misli Premyer Liqası: Son turun hakimləri məlum oldu
“Qarabağ”ın Avroliqada 6 mümkün rəqibi… - Siyahı
Neymar DÇ-2026 öncəsi zədələndi
Avropa Liqasının ağası
Avropa Liqasının qalibi müəyyənləşdi
İki güləşçimiz Avropa çempionatının finalında
DÇ-2026-nın reklam çarxında yer aldı, azarkeşlər qınadı
Premyer Liqanın ən gənc çempionu oldu
Dembele "Arsenal"a qarşı oynayacaq
Kukurella "Çelsi"dən gedəcək?
"Arsenal" Artetaya yüksək maaş təklif edə bilər
Millinin təlim-məşq toplanışı ləğv edildi
Mourinyo Vinisiusla bağlı nə düşünür?
"Arsenal" çempionluq paradı keçirəcək
Türkiyə kubokunda finalın hakimləri açıqlandı
Son üç mövsümün bombardirləri kimlərdir?