Almaniyada təşkil olunan Avro-2024-də bu gün qrup mərhələsinə yekun vurulub
QOL.az xəbər verir ki, E qrupunda Slovakiya Rumıniya ilə 1:1, Ukrayna isə Belçika ilə 0:0 hesablı heç-heçə edib. Bundan sonra yenə bütün komandalar xalı eyni - 4 xal olub. Ancaq əlavə göstəricələrə əsasən, Rumıniya qrup 1-cisi, Belçika qrup 2-cisi, Slovakiya isə ən yaxşı qrupu 3-cü yerdə bitirən 4 komandadan 1-i olaraq pley-offa yüksəlib. Ukrayna isə turnirlə vidalaşıb.
Günün əsas qarşılaşması isə F qrupunda olub. Qardaş ölkə Türkiyə Çexiyanı məğlub edərək qrupda ikinci yeri tutub və 1/8 finala adlayıb. Portuqaliya isə qonşu Gürcüstanla qarşılaşıb. Gürcülər bu matçda gözlənilməz qələbə qazanmaqla qrup üçüncüsü kimi 1/8 finala yüksəliblər.
Qeyd edək ki, Avro-2024 iyulun 14-də yekunlaşacaq.
Avro-2024, qrup mərhələsi, 3-cü tur
E qrupu
20:00. Slovakiya - Rumıniya - 1:1
Qollar: Duda, 24 (1:0), Marin, 37-pen. (1:1)
Baş hakim: Daniel Siebert (Almaniya)
"Deutşe Bank Park"
20:00. Ukrayna - Belçika - 0:0
Baş hakim: Entoni Teylor (İngiltərə)
"MHP Arena"
| N | Komandalar | O | Q | H | M | T-F | X |
| 1 | Rumıniya | 3 | 1 | 1 | 1 | 4-3 | 4 |
| 2 | Belçika | 3 | 1 | 1 | 1 | 2-1 | 4 |
| 3 | Slovakiya | 3 | 1 | 1 | 1 | 3-3 | 4 |
| 4 | Ukrayna | 3 | 1 | 1 | 1 | 2-4 | 4 |
F qrupu
23:00. Çexiya - Türkiyə - 1:2
Qollar: Hakan Çalhanoğlu, 52 (1:0), Tomaş Souçek, 66 (1:1), Cenk Tosun, 90+4
Qırmızı vərəqə: Antonin Barak, 20 (Çexiya)
Baş hakim: İstvan Kovaçs (Rumıniya)
"Volksparkstadion"
23:00. Gürcüstan - Portuqaliya - 2:0
Qollar: Xviça Kvaratsxeliya, 2, Georges Mikautadze, 57-pen
Baş hakim: Sandro Şerer (İsveçrə)
"Veltins Arena"
| N | Komandalar | O | Q | H | M | T-F | X |
| 1 | Portuqaliya | 3 | 2 | 0 | 1 | 5-3 | 6 |
| 2 | Türkiyə | 3 | 2 | 0 | 1 | 5-5 | 6 |
| 3 | Gürcüstan | 3 | 1 | 1 | 1 | 4-4 | 4 |
| 4 | Çexiya | 3 | 0 | 1 | 2 | 3-5 | 1 |
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi