“Biz hesabı bərabərləşdirməklə stadionu oyatdıq. İsveçrə ilə oynamaq narahat idi, onlar çox aqressiv oynayırdılar. Biz uzun müddət yaxşı müdafiə olunduq və qapımıza vurulan qoldan sonra çoxlu risk etdik. Heç-heçə layiqli nəticədir".
QOL.az xəbər verir ki, bu sözləri Almaniya millisinin baş məşqçisi Yulian Nqelsmann 2024-cü il Avropa çempionatının qrup mərhələsinin 3-cü turunda İsveçrə ilə oyundan (1:1) sonra deyib.
O, komandanın futbolçusu Füllkruqun son dəqiqələrdə vurduğu qolla bağlı söyləyib: "Füllkruq yenə yaxşı qol vurdu. O, bizim üçün önəmlidir. Sevinirik ki, ehtiyat oyunçular skamyasından meydana buraxa biləcəyimiz elə bir futbolçumuz var. Əvəzedicilərdə həlledici qollar vura bilən oyunçuların olması vacibdir. Başlanğıc heyəti seçmək üçün rəqibi təhlil edirik və sonra ehtiyat oyunçular skamyasından müxtəlif oyunçular matça cəlb edə bilərik".
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi