Albaniya millisinin hücumçusu cəzalandırıldı

Albaniya millisinin hücumçusu cəzalandırıldı
AVRO-2024 23 İyun 2024 / 20:54 2041
-  A +

Albaniya millisinin hücumçusu Mirlind Daku Avro-2024-də 2 oyunluq cəzalandırılıb.

QOL.az Albaniya Futbol Federasiyasının X sosial şəbəkəsinə istinadən xəbər verir ki, buna onun Xorvatiya ilə Avropa çempionatının qrup mərhələsinin 2-ci turundan sonra (2:2) makedoniyalılara və serblərə qarşı təhqiramiz şüarlar səsləndirməsi səbəb olub.
    
Kazan "Rubin"inin hücumçusu Avro-2024-ün qrup mərhələsinin iyunun 24-də İspaniya ilə keçiriləcək həlledici oyununda Albaniya millisinə kömək etməyəcək və albanlar qrupdan çıxacağı təqdirdə turnirin 1/8 finalını buraxacaq. .

Bundan əvvəl Şimali Makedoniya Futbol Federasiyası Dakanı təhqiredici şüarlara görə cəzalandırmağa çağırıb, həmçinin albaniyalı futbolçunun davranışına görə ictimaiyyətdən üzr istəməsini tələb edib.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner